Bakıda “WorldBuild Baku 2017“ sərgisi keçiriləcək
Tarix: 07.09.2017 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


18-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir - 23-cü Azərbaycan Beynəlxalq İnşaat "WorldBuild Baku 2017" sərgisi öz işinə başlayacaq, beləliklə Xəzər İnşaat Həftəsinə start veriləcək.
 
"İteca Caspian"dan "APA-Economics"ə verilən məlumata görə, müxtəlif ölkələri təmsil edən mütəxəssislərin uzun müddət səbirsizliklə gözlədikləri “WorldBuild Baku” sərgisi tikinti və memarlıq, eləcə də layihələndirmə və təmir işləri sahəsində təşkil olunan mühüm peşəkar tədbirdir.
 
“WorldBuild Baku” sərgisi İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir.
 
Bu il sərgidə dünyanın 23 ölkəsindən 200-dən artıq şirkət iştirak edir. Almaniya, BƏƏ və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaqlar. Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır. “WorldBuild Baku 2017” sərgisində ilk dəfə iştirak edən debütantlar ilə yanaşı, yerli şirkətlər də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarını nümayiş etdirəcəklər. “WorldBuild Baku 2017” sərgisinin qeydiyyat sponsoru “Corella” markasıdır (“NB Group” şirkəti).
 
Bu il “WorldBuild Baku” sərgisi iştirakçılar ilə yerli distributorlar arasında keçiriləcək “B2B” formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənəcək. Həmçinin sərgi çərçivəsində (Azərbaycan Memarlar İttifaqı ilə birlikdə) bir sıra peşəkar tədbirlərin keçirilməsi də planlaşdırılır.   
 
“WorldBuild Baku” sərgisi innovasiyalı məhsul və xidmətlərin yerli tikinti bazarına cəlb olunması üçün ən effektiv və səmərəli kanallardan biridir. Bu baxımdan, 2017-ci il də istisna olmayacaq. Belə ki, “WorldBuild Baku 2017” sərgisində fasad örtükləri, tikinti və üzlük materialları, qapı və pəncərələr, lak-boya məhsulları, inşaat kimyası və digər tikinti materiallarının bütün çeşidləri təqdim olunacaq.
 
Beləliklə, sərginin keçirildiyi 4 gün ərzində on minlərlə peşəkar tikinti sənayesi üzrə innovasiyalar ilə tanış olmaqla yanaşı, aparıcı istehsalçı və distributorlar ilə əlaqə yaratmaq və ən yeni texnologiyaları Azərbaycanın sürətlə inkişaf edən tikinti sənayesinə tətbiq etmək üçün unikal imkan əldə edəcəklər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info