1165 əlil istirahət mərkəzlərinə göndərilib
Tarix: 08.09.2017 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı olaraq, daha 65 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasına yola salınıb.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirliyin "2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən, cari ildə 1100 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkil olunması nəzərdə tutulmuşdu. Buna uyğun olaraq, bu ilin yaz-yay mövsümündə ümumilikdə nazirlik tərəfindən 1165 nəfər əlilliyi olan şəxsin istirahət mərkəzlərinə göndərilməsi təmin edilib. Onlardan 550 nəfərinin Xaçmaz, 365 nəfərinin Lənkəran, 250 nəfərinin isə Quba rayonundakı müvafiq mərkəzlərdə istirahəti təşkil olunub. Həmin şəxslərin istirahət mərkəzlərinə aparılması və qaytarılması xüsusi  nəqliyyat vasitəsi ilə həyata keçirilib.

İstirahətə yola salınan əlilliyi olan şəxslər Azərbaycan Prezidenti İlham Əliyevin onlara göstərdiyi yüksək diqqət və qayğısından razı qaldıqlarını vurğulayıblar. Bildirilib ki, ölkəmizdə aparılan sosial siyasət sosial cəhətdən həssas qruplara aid insanların, o cümlədən əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyası istiqamətində işlərin də getdikcə güclənməsinə səbəb olub. Bu təbəqədən olan şəxslərin sosial müavinət və prezident təqaüdlərinin, əmək pensiyalarının məbləği mütəmadi olaraq artırılır. Həmçinin, ötən illərdə olduğu kimi cari ilin ötən dövründə də müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların dövlət büdcəsi hesabına mənzillərlə və müxtəlif reabilitasiya vasitələri ilə təminatı sahəsində mühüm tədbirlər davam etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info