Canlılarla qidalanan ağaclar elmdə sübut edilib
Tarix: 08.09.2017 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


1980-ci ildə Amerika mətbuatında qeyri-adi bir ağac haqqında yazı dərc edilmişdi: bu ağac adam yeyirdi! Mətbuat ağacı belə təsvir edirdi: ”Başında altı qamçısı, səkkiz iri yarpağı var. Bu ağac nəinki iri adamı, fil daxil olmaqla digər canlıları da udur”. Təbiətin ekzotik bitkiləri arasında ”adamyeyən ağac”ın olub-olmaması barədə müxtəlif fikirlər, eləcə də bunun uydurma və əfsanə olduğunu qeyd edənlər də var. “Adamyeyən ağac” olmasa da, canlılarla qidalanan ağacların olduğu artıq elmdə sübut edilib.
Həşəratyeyən bitkilər
Həşəratlarla qidalanan bitkilərin 500-ə qədər növü olduğu aşkar edilib. Həmin bitkilər şikarını cəlbedici parlaq rəngi, gözəl ətri və dadlı nektarı ilə özünə cəlb edir. Canlılarla qidalanan bitkilər əsasən qida çatışmayan, minerallarla zəngin olmayan torpaqlarda bitir. Gövdəsi və yarpaqları ilə yaxınlıqda uçuşan həşəratı “özünə çəkən” bitki üçün onun orqanizmindəki üzvi maddə qida mənbəyidir. Həmin bitkilər təkcə quruda deyil, həm də suyun içində bitir. Məsələn, su altında bitən qovuqca yarpağını suyun üzünə çıxarmaqla ona “tuş gələn” kiçik balıqları və suda yaşayan digər canlıları “tora” salaraq udur.
Aldadan gül
Asiyanın tropik meşələrində yetişən Asiya gülünün qida mənbəyi milçəklərdir. O, özünün xoş ətri ilə milçəkləri aldadır. Gülün nektarına çatmaq istəyən milçək küpənin divarı ilə aşağı düşür, elə bu vaxt küpənin qapağı bağlanır və həşərat içəridə qalır. Nəfəs yolları çiçəyin şirəsi ilə dolan milçək ölür. Onun daxili orqanları ilə qidalanan bitki həşəratın artıq orqanlarını külək vasitəsilə özündən xaric edir.
Tükü tükdən seçən çiçək
İynəyarpaqlı meşələrin rütubətli yerlərində məskən salan şehçiçəyi bitkisi də canlılarla qidalanır. Şehçiçəyinin iynəciklərinin üstündəki şirə həşəratları cəlb edir. Yarpaqları şirəli olan şehçiçəyi çox həssasdır. Hətta yarpaqdakı iynəciklər o qədər həssasdır ki, uzunluğu 0,2 millimetr, çəkisi 0,000822 milliqram olan tük də bitkiyə toxunanda onu hiss edir.
Pendirdən meymuna qədər hər şey
“Yırtıcı” bitkilər ət, pendir, metal, sümük kimi maddələri asanlıqla həzm edə bilir. Əsasən Asiyanın tropik meşələrində yaşayan qeyri-adi canlılar parazit həyat tərzi keçirir. Təbiətin nadir bitkiləri o qədər də hündürboylu olmur, onların boyu təxminən 30-35 santimetri ötmür. Fransız alimi Bayron cənubi Meksikada quşları və digər heyvanları yeyən “vampir ağacı” öz gözləri ilə gördüyünü və onun sevimli itini udduğunu yazıb.
Elmi ədəbiyyatda 1970-ci ildə braziliyalı tədqiqatçı Marianode Silva meymunları yeyən ağaca rast gəldiyini qələmə alıb. Ağac xüsusi iy buraxmaqla özünə cəlb etdiyi şikarı udur. 2007-ci ildə isə alman və ingilis alimləri Filippində “yırtıcı bitki” aşkar ediblər. Su bardağına oxşayan həmin bitki quş və siçanlarla qidalanır. Viktoriya dağının 1600 metr hündürlüyündə bitən bitkiyə başqa yerdə rast gəlinmir. Avstraliyanın sıx meşəliklərində də siçanlarla qidalanan “yırtıcı” bitki var.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər
20.10.2019
Bu tabutlar son illərin ən böyük tapıntıları oldu
19.10.2019
Turistlər övladlarını qatarda unutdu
19.10.2019
NASA iri asteroidin Yerə yaxınlaşdığı barədə xəbərdarlıq edib
19.10.2019
Hindistanda kişi dəfn zamanı “dirilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info