Ən güclü geomaqnit qasırğası başlayıb
Tarix: 08.09.2017 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Dünəndən etibarən ən güclü geomaqnit qasırğalarından biri başlayıb. Hazırda Günəş diskinin görünən səthində 4 aktiv ləkə qrupunda (AR) 94 ləkə müşahidə olunur.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev AZƏRTAC-a bildirib ki, bu qruplar kifayət qədər böyükdür. Hətta AR 2673 və AR 2674 Yerdən tutqun şüşə ilə baxdıqda adi gözlə görünə bilər (qətiyyən birbaşa baxmaq olmaz). AR 2673 daha təhlükəli sayılır və maqnit sahəsi o qədər mürəkkəbdir ki, (“beta-qamma-delta” adlanan ən mürəkkəb quruluş) bu ləkələrin yanında hər an ixtiyari gücə malik, o cümlədən ən güclü rentgen X-sinfinə malik Günəş alışmaları baş verə bilər. Bu ehtimal 50 faizə çatıb və böyük rəqəmdir (orta gücə malik alışmaların generasiya ehtimalı üçün isə bu rəqəm hətta 75 faizdir). Məhz sentyabrın 6-da baş vermiş X-9 sinifli rentgen alışmasından sonra planetlərarası fəzaya atılmış Tac Plazma Kütləsinin (CME) təsirləri gözlənildiyindən də tez, dünən axşam saatlarında Yer ətrafına çatıb və son illərin ən güclü geomaqnit qasırğasının yaranmasına səbəb olub. Hazırda Günəş plazma küləyinin sürəti 726 km/san-dır.
Bu gün və qarşıdan gələn günlərdə güclü geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir. Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 8-dir (maksimum 9 olur). Yaxın saatlarda G3-G2 sinifli qasırğalar gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir.
Hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin şimal istiqamətinə yönəlməsi vəziyyətin daha dramatik olmasının qarşısını alır.
Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltılarının (“Aurora borealis”) şəkilləri artıq mediada yayımlanıb. Bizim orta coğrafi en dairələri üçün təsir nisbətən zəif olur.
Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər. Budəfəki qasırğa artıq texnoloji sistemlərə də ciddi təsir göstərib. Artıq hər iki Amerika qitəsi ərazisində aşağı tezlikdə işləyən kommunikasiya siqnallarının işində təqribən 1 saatlıq deqradasiya yarandığı haqda məlumatlar yayılıb. Bu təsir R3 sinfinə mənsub (maksimum R5-dir) radio donma qasırğası olub. Digər tərəfdən, S1 sinifli radiasiya qasırğası da qeydə alınıb (bu, adətən qütblərdə yüksək tezlikli elektromaqnit dalğalarının yayılmasına mənfi təsir göstərir).
Göründüyü kimi, kosmik hava şəraiti çox əlverişsizdir. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı
16.10.2019
Polisi döyən deputat 792 manat cərimələndi
16.10.2019
Sahibini izləyən robot-çamadan
16.10.2019
Çinin ilk yerli buzqıran gəmisi ilk səfərinə çıxdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info