Heydər Əliyev Mərkəzində sərgi açılacaq
Tarix: 11.09.2017 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında 1960-cı illərin geyim və bəzək əşyalarından ibarət “Modernizm və moda” sərgisi açılacaq.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Bakıda ilk dəfə təşkil olunan bu sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək. Ekspozisiyada Aleksandr Vasilyev Fondunun nadir kolleksiyasından XX əsrin 60-cı illərinə aid 100 geyim nümunəsi və 350 aksesuar nümayiş olunacaq.
Eksponatlar sırasında həmin dövrün məşhur dizaynerlərinin atelyelərində - “Chanel”, “Dior”, “Balmain”, “Yves Saint Laurent”, “Balenciaga”, “Nina Ricci”, “Cardin”, “Couregge”, “Laroche”, “Cassini”, “Valentino”da hazırlanmış nadir “Haute Couture” donları təqdim ediləcək.
1960-cı illər ötən əsrin ən inqilabi onilliklərindən hesab edilir. Bu dövrün gözlənilməz inqilabiliyi cəmiyyətdə və bununla birgə dəb dünyasında da dəyişikliklər yaratdı. İlk kosmonavt Yuri Qaqarinin 1961-ci ildə, birinci qadın kosmonavt Valentina Tereşkovanın 1963-cü ildə kosmosa uçuşu dəb aləmində yeni iz qoydu və Paris modelyerləri kosmik mövzuya müraciət etdilər. Ayaqqabı formaları, baş geyimlərində və digər aksesuarlarda da əksini tapan kosmik dəb erası 1969-cu ildə amerikalıların Aya ilk enişi ilə sona çatdı. Heydər Əliyev Mərkəzindəki sərgidə bu futuristik ideyaları özündə əks etdirən kifayət qədər paltar, ayaqqabı və baş geyimləri təqdim olunacaq.
Ekspozisiyada, həmçinin o dövrün məşhur qadınlarının - kino ulduzları Meri Pikford, Qloriya Svenson, Lesli Karon və Loren Bekol, prima-balerina Maya Plisetskayanın şəxsi qarderobundan nadir geyimlər nümayiş etdiriləcək.
Bu sərgi indiyədək Sidney, İstanbul, Sankt-Peterburq, Moskva, Riqa və Dauqavpilsdə təqdim olunub. Lakin belə böyük həcmdə ilk dəfə Bakıda sərgilənəcək.
Aleksandr Vasilyev tanınmış kolleksiyaçı, dəb tarixçisi, sənətşünas, interyer dekorasiyaçı, teatr rəssamı, dəb sahəsində bir sıra məqalə və kitabların müəllifi, televiziya proqramlarının aparıcısıdır. Onun 40 ilə yaxındır ki, topladığı kolleksiyada XVII əsrdən müasir dövrədək müddəti əhatə edən 50 min eksponat var. Müxtəlif ölkələrdən əldə olunan eksponatlar arasında öz epoxalarının ən yaxşı atelyelərində hazırlanan yüksək dəb şedevrləri yer alıb.
Vilnüsdə yaradılmış Aleksandr Vasilyev Fondu Litva və digər ölkələrdə dəb mədəniyyəti və tarixinin təbliğinə yönəlmiş təhsil, kostyum, aksesuar, rəsm, qrafika, foto, dekorativ tətbiqi sənət əsərləri və çap olunmuş nəşrlərdən ibarət kolleksiyanın qorunması, genişləndirilməsi, ictimaiyyətə təqdim olunması istiqamətində fəaliyyət göstərir.
Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi 2018-ci il aprelin 8-dək davam edəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
25.09.2018
Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsinə hazırıq
24.09.2018
“Dopdolu bu dünya kəmdi gözümdə ... “
24.09.2018
Festivalın bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
24.09.2018
İsa Həbibbəyli: “Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info