Gənc rəssamlarımızın əsərləri Sofiyada nümayiş etdirilib
Tarix: 12.09.2017 | Saat: 15:47:00 | E-mail | Çapa göndər
Bolqarıstanın Xarici İşlər Nazirliyinin Mədəniyyət İnstitutu və “Little Zograff” Fondunun birgə təşkilatçılığı ilə Milli İncəsənət Akademiyasında 5-ci dünya uşaq rəsm müsabiqəsinin sərgisi təşkil olunub.
Sərgidə müsabiqədə qalib olmuş uşaqların əsərləri nümayiş etdirilib. Hər il keçirilən dünya uşaq rəsm müsabiqəsi “Little Zograff” Fondunun layihəsidir və Bolqarıstan Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənir. 2012-ci ildə Bolqarıstanda təsis olunmuş Fondun məqsədi təsviri və tətbiqi incəsənət vasitəsilə uşaqların mənəvi, peşəkar və intellektual inkişafına şərait yaratmaqdır. Fond uşaqların inkişafı ilə bağlı problemlərin həlli sahəsində dövlət qurumları və QHT-lər ilə fəal əməkdaşlıq edir. Fond öz məqsədlərinin həyata keçirilməsi üçün maliyyə vəsaiti toplamaq məqsədilə xeyriyyə tədbirləri keçirir. Həmçinin Fond təsviri incəsənətlə bağlı kurslar, forumlar, konfranslar, uşaqlar üçün beynəlxalq səviyyədə müsabiqələr, uşaqların təsviri incəsənət sahəsində hazırlığı ilə əlaqədar məktəblər təşkil edir. 2017-ci ildə keçirilmiş dünya uşaq rəsm müsabiqəsində Azərbaycan, Türkiyə, Bolqarıstan, Banqladeş, İran, Ukrayna, Tailand, Avstraliya, ABŞ, Moldova, Sinqapur, Litva, Hindistan, Filippin, Rumıniya, Yunanıstan, Yeni Zelandiya, Rusiya, Koreya Respublikası, İndoneziya, Polşa və digər ölkələrdən uşaqlar iştirak ediblər. Fatimə Matveyeva (15 yaş) və Fəridə Şirinova (11 yaş) ölkəmizi layiqincə təmsil edərək müvafiq olaraq gümüş medala və sertifikata layiq görülüblər. Gənc rəssamlarımızın əsərləri sərgi iştirakçılarının marağına səbəb olub və “Qaliblər kitabı”na daxil edilib.
Qeyd edək ki, gənc rəssamlarımız hər il Fondun təşkil etdiyi müsabiqədə fəal iştirak edir və yüksək nəticələr göstərirlər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
Ramiz Quliyev Ərdəbildə konsert verib
17.01.2018
“Qarabağnamə” 20 Yanvar faciəsi qurbanların xatirəsinə ithaf olunacaq
17.01.2018
Görkəmli Azərbaycan şairinin əsərləri nəşr olunub
16.01.2018
Bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçirilib
16.01.2018
Pianoçular üçün müsabiqə

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8192

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info