Müslüm Maqomayevə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib
Tarix: 13.09.2017 | Saat: 11:47:00 | E-mail | Çapa göndər
SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyi münasibətilə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) gənc ifaçıların yaradıcılıq gecəsi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Müslüm Maqomayevin həyat və yaradıcılıq yolundan bəhs edən sərgi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov tədbirdə çıxış edərək dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin musiqi mədəniyyətinə töhfələrindən danışıb. Vurğulayıb ki, 1962-ci ildə Helsinki şəhərində Gənclərin və Tələbələrin VIII Ümumdünya Festivalındakı uğurlu çıxışı Müslüm Maqomayevə geniş şöhrət gətirib.
Yaradıcılıq gecəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Aslan Əzimzadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Orxan Cəlilov və akademiyanın məzunu Ramil Hüseynli Müslüm Maqomayevin repertuarından əsərlər səsləndiriblər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
Ramiz Quliyev Ərdəbildə konsert verib
17.01.2018
“Qarabağnamə” 20 Yanvar faciəsi qurbanların xatirəsinə ithaf olunacaq
17.01.2018
Görkəmli Azərbaycan şairinin əsərləri nəşr olunub
16.01.2018
Bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçirilib
16.01.2018
Pianoçular üçün müsabiqə

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8192

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info