Mate çayı pirkal bitkisindən hazırlanır
Tarix: 13.09.2017 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Mate tərkibində yüksək miqdarda matein olan tonuslandırıcı içkidir. Mate çayı pirkal bitkisinin qurudulmuş və xırdalanmış yarpaq və cavan zoğlarından hazırlanır. Pirkal bitkisinin cavan yarpaqları "mate otu" adlanır, çayın hazırlandığı qab da mate adlanır. Lakin ruslar onu kalabas və ya kalebas adlandırır və bu söz ispan dilindən tərcümədə balqabaq deməkdir.
AZƏRTAC xəbər verir ki, mate sözü keçua dilində “matı” sözündən götürülüb, tərcüməsi balqabaqdan hazırlanmış qab, boşqab deməkdir. Həmin dildə bu söz nə bitki, nə çay, nə də qurudulmuş yarpaq mənasını verirdi. Onun bir tərcüməsi var idi: içki içilən qab. Əvvəllər mate sözü "iezut çayı" da adlandırılıb.
Eramızdan əvvəl VII minillikdə hinduların ondan istifadə etdikləri barədə faktlar var, ona görə bəzi alimlərin fikrincə, mateni ən qədim içki hesab etmək olar.
Mate bitkisinin yarpaqları ağac əkiləndən 3-4 il sonra yığılmağa başlayır və bundan sonra yarpaqların toplanması ildə iki-üç dəfə aparılır və yarpaqla bərabər qalınlığı 4 millimetrə qədər olan cavan zoğlar da toplanır. Çayın acıtəhər dadı var. Nevrozlar və depressiya zamanı əhvali-ruhiyyəni yaxşılaşdırmaq, onu aktivliyi artırmaq, qanda adrenalinin səviyyəsini aşağı salmaq üçün içirlər. Çayın qəbulu tez yuxuya getməni və yuxunun dərinliyini təmin edir.
Amerikada mate içkisini qəhvənin ideal əvəzedicisi hesab edirlər. Argentinada hər kəs il ərzində 10 kiloqrama yaxın mate istifadə edir. Avropada gömrük sənədlərinin taarif kodekslərində onu Cənubi Amerika çayı kimi qeyd edirlər.
Matein kofeindən fərqli olaraq yuxusuzluq və taxikardiya vermir, əksinə orqanizmi gümrahlaşdırır. Lakin uzun müddət matein çayı içiləndə dəridə quruluq və tər ifrazının azalması müşahidə edilir. Ona görə də ağciyər xərçənginin yaranması riski artmış olur. Montevideo Onkologiya İnstitutunun apardığı tədqiqat nəticəsində mate istifadəsi ilə qida borusu xərçəngi arasında əlaqə olduğu müəyyən edilib. Uruqvay əhalisinin demək olar ki, hamısı mate çayından istifadə edir və onların əksəriyyəti ölkənin onkoloji statistikasına daxildir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı
16.10.2019
Polisi döyən deputat 792 manat cərimələndi
16.10.2019
Sahibini izləyən robot-çamadan
16.10.2019
Çinin ilk yerli buzqıran gəmisi ilk səfərinə çıxdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info