Xərçənglə bağlı proqnozlar açıqlanıb
Tarix: 15.09.2017 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Ümumdünya Səhiyyə Təşkilatı xərçənglə bağlı qorxunc proqnozlar açıqlayıb.
Təşkilatın mütəxəssisləri proqnozlaşdırır ki, 2025-ci ildən başlayaraq hər il 19 milyon, 2035-ci ildən başlayaraq isə hər il 35 milyon insan xərçəngə tutulacaq. Hal-hazırda hər il dünyada 14 milyon belə diaqnoz qoyulur.
Milli.Az bildirir ki, məşhur Hollandiyalı onkoloq, dünyada xərçəngin ən qabaqcıl tədqiqatçlardan biri olan professor Anton Berns Komsomolskaya Pravdaya müsahibədə xərçəngin əsas səbəblərini açıqlayıb.
Tanınmış onkoloqun fikrinə görə, onkoloji xəstəliklərin əsas səbəbləri bunlardır:
1. Siqaret çəkmək. Ağcıyər, qırtlaq, qaraciyər, sidik kisəsi xərçənginin riskini artırır.
2. Bəzi viruslar (B və C hepatitləri, papillomavirus, Epşteyn-Barr virusu, helikobakter pilori). Bu viruslar özü-özündən xərçəngə səbəb olmasa da, orqanlarda müəyyən prosesləri işə salır ki, bu proseslər xərçəngin inkişafına səbəb ola bilər.
3. Piylənmə. Alim bunu ən ciddi səbəblərdən biri kimi qeyd edir. Piylənmə süd vəzi, bağırsaq, qalxanvari vəzi, mədəaltı vəzi və bir sıra digər onkoloji xəstəliklərin riskini artırır.
4. Spirtli içkilər. Spirtin parçalanması nəticəsində orqanizmdə əmələ gələn toksiki maddələr hüceyrələri zədələyir, ziyanlı mutasiyalara səbəb olur ki, bu da öz növbəsində bir çox müxtəlif xərçəng xəstəliklərinin inkişafına səbəb ola bilər.
5. Həddindən artıq gün altında qaralma.
Bundan əlavə, alim qırmızı ətdən süi-istifadə etməməyi tövsiyə edir ki, araşdırmalar rasionda qırmızı ətin çox olmasının bağırsaq xərçəngi ilə əlaqəsini göstərir.
Həmçinin alim xərçəngin profilaktik tədbirlərini də qeyd edib. Onlar çox sadədir:
- Normal bədən çəkisini saxlamağa kömək edən sağlam qidalanma.
- Siqaret çəkməkdən və spirtli içkilərdən imtina.
- İdman.
- Xərçəngin inkişafına səbəb ola bilən infeksiyalardan qorunma.
Maraqlıdır ki, alim stress və qidalarda olan konservantları xərçəngin riskini artıran ciddi amil hesab etmir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı
16.10.2019
Polisi döyən deputat 792 manat cərimələndi
16.10.2019
Sahibini izləyən robot-çamadan
16.10.2019
Çinin ilk yerli buzqıran gəmisi ilk səfərinə çıxdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info