Dünya əhalisinin 11 faizi aclıqdan əziyyət çəkir
Tarix: 18.09.2017 | Saat: 19:27:00 | E-mail | Çapa göndər
İ ki il öncə dünyada qida çatışmazlığından əziyyət çəkənlərin sayı 777 milyon nəfər idisə, ötən il bu rəqəm 815 milyona yüksəlib
BMT -nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə dünyada aclıqla üzləşən insanların sayı daha da artıb. “Dünyada ərzaq təhlükəsizliyi və qidalanma vəziyyəti 2017 hesabatı”na görə iki il öncə dünyada qida çatışmazlığından əziyyət çəkənlərin sayı 777 milyon idisə, ötən il bu rəqəm 815 milyona yüksəlib. Nəticədə 2015-ci illə müqayisədə 2016-cı ildə dünyada aclıqdan əziyyət çəkən insanların sayı 38 milyon nəfər artıb. Əsas səbəb kimi isə iqlim dəyişiklikləri ilə yanaşı, dünyanın müxtəlif regionlarında münaqişələrin tüğyan etməsi göstərilir. Aclıqdan əziyyət çəkən insanların tam yarısı münaqişə bölgələrində yaşayır. Cənubi Sudan, Nigeriya, Somali və Yəmən kimi vətəndaş müharibəsi alovlanan ölkələrdə isə kütləvi aclığın fəlakət səviyyəsinə gəlib çatma təhlükəsi yaranıb.
Quraqlıq və daşqınlarla yanaşı, “El-Ninyo” qasırğası kimi təbii fəlakətlər kənd təsərrüfatına getdikcə daha çox zərər vurur. Eyni zamanda, qlobal iqtisadi inkişafın geriləməsi də ərzaqla təminata mənfi təsir göstərir. Təşkilatın hesablamalarına görə, dünya əhalisinin təxminən 11 faizi aclıqdan əziyyət çəkir. Ən çox zərər çəkənlər Afrikada (243 milyon nəfər) və Asiyada (520 milyon nəfər) yaşayırlar. Latın Amerikası və Karib dənizi bölgəsində 42 milyondan çox sakin aclıqdan əziyyət çəkir. Hesabata görə, Afrikanın 20, Asiyanın 11,7, Latın Amerikası və Karib dənizi bölgəsinin 6,6 faizi qida çatışmazlığı ilə üz-üzədir.
Qeyd edildiyi kimi, 5 yaşdan aşağı 155 milyon uşağın böyüməsində yaranan problem də məhz kifayət qədər qidalanmama ilə bağlıdır. Həmçinin uşaqların belə qidalanması onların uzun müddətli sağlamlıq problemlərinə məruz qalmasına və təhsildən məhrum olmasına səbəb ola bilər. Son 10 ildə münaqişələr ciddi şəkildə artıb və daha çətin idarə olunan bir vəziyyətə gəlib çatıb.
Dünyada aclıq çəkən insanların 489 milyon nəfəri münaqişə zonasında yaşayır və uzun müddət davam edən qarşıdurmalardan təsirlənən ölkələrdə yaşayan insanlar
başqalarına nisbətən iki dəfə az qidalanır. BMT bununla bağlı qlobal qiymətləndirməsində tədbirlərlə bağlı qeyd edir: “Əgər ərzaq təhlükəsizliyi və qidalanmaya mənfi təsir edən bütün amillər aradan qaldırılmasa, 2030-cu ilə qədər qlobal aclığı sona çatdıra bilməyəcəyik”. Təşkilat xəbərdarlıq edib ki, 2030-cu ilədək dünyada aclıq və qida çatışmazlığına son qoyulmasına dair optimist məqsədə yalnız sülh və sabitliyin bərqərar olması sayəsində çatmaq mümkündür.

Yəməndə 10 milyon uşaq yardıma möhtacdır

Bu gün aclıq problemi ilə üzləşən ölkələrdən biri Yəməndir ki, burada 10 milyon uşaq yardıma möhtacdır. Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər Koordinasiya Ofisinin (OCHA) “Twitter” hesabında göstərilir ki, Yəməndəki qarşıdurmalar başda uşaqlar olmaq üzrə vətəndaşların əsas ehtiyaclarının artmasına səbəb olub. Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Kömək Fondunun (UNICEF) Yəmən nümayəndəliyi, ölkədə 5 yaşdan aşağı 150 min yəmənli uşağın vəbaya tutulduğunu, 380 min nəfərinin "qeyri-kafi qidalanma" problemi yaşadığını açıqlamışdı.

Rohingyalı qaçqınlara ərzaq və geyim yardımı
Banqladeşin Kutupalong düşərgəsində də aclıq problemi yaşanır. Adıçəkilən düşərgədə Myanmardan gələn rohingyalı qaçqınlar yerləşdirilib. Orada ərzaq və geyim yardımı zamanı üç nəfər həyatını itirib. Belə ki, müsəlmanların qaldıqları düşərgədə nəqliyyat vasitələrindən boşaldılan qida və geyim yardımı zamanı izdiham yaşanıb. Nəticədə 1 qadın, 2 uşaq həyatını itirib. Qeyd edək ki, Arakan bölgəsindəki rohingyalı müsəlmanlara tətbiq ediləni şiddət nəticəsində 3 mindən çox insan həyatını itirib və təxminən 450 min insan Banqladeşə sığınıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.02.2018
Aram Manukyan: “Dağlıq Qarabağ münaqişəsi qaldıqca Ermənistan inkişaf etməyəcək”
08.02.2018
Erməni ekspert: “İlham Əliyev Qarabağ məsələsində qalib olaraq tarixə düşəcək”
06.02.2018
Çin Azərbaycanın layihələrinə dəstək verəcək
02.02.2018
«1in.am»:” Ermənistanla eyni qurumda olan Belarus və Qazaxıstan Azərbaycana dost dövlətlər kimi çıxış edirlər”
01.02.2018
“İslahatlar Azərbaycanın beynəlxalq reytinqini daha da yüksəldib”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8450

1 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
2 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info