Ispanaqlı yumurta
Tarix: 18.09.2017 | Saat: 20:00:00 | E-mail | Çapa göndər
Vitaminlə zəngin ispanaq ən faydalı sulu yeməklərdən biridir. Amma ispanağı fərqli ləzzətlərlə qarışdırıb bişirdikdə də çox faydalı olur. Milli.Az ailem.az-a ispanaqlı yumurta reseptini təqdim edir.

Qeyd edək ki, uşaqların çox da çox sevmədiyi ispanaq artıq onların belə yemək üçün can atdığı bir xörəyə çevriləcək. Ispanaqlı yumurta həm tərkibindəki vitamin və zülal, həm də dadıyla süfrələrinizin bəzəyi olacaq.

Tərkibi:
2 ədəd yumurta
4 ədəd orta boy soğan
100 qr. qaynadılmış ispanaq
Yarım çay qaşığı qara bibər,
1 çay qaşığı duz
1 yemək qaşığı kərə yağı
2 yemək qaşığı su

Hazırlanması:
Orta boylu tavada yağ əridir. Soğan çox incə doğranır və yağa əlavə edilib bir az qızarana qədər qovrulur.
Daha sonra üzərinə ispanağı qoyub soğanlarla birlikdə qovurun. Duzu və qara bibəri əlavə edin. Ispanaqlar qovrulduqdan sonra kiçik boy başqa bir tavaya boşaldın və suyu əlavə edin. Sarılarını pozmamağa cəhd edərək 2 ədəd yumurtanı ispanaqların üzərinə qırın. Tavanın üzərini bir qapaqla bağlayıb təxminən 5-7 dəqiqə vam odda bişirin. İsti şəkildə süfrəyə verin.
Nuş olsun.

Milli.Az




 
Bölməyə aid digər xəbərlər
08.12.2017
Südlü makaron
01.12.2017
Darçınlı peçenye
29.11.2017
Pomidorlu yaşıl mərcimək şorbası
24.11.2017
Almalı piroqun
19.11.2017
“Quş yuvası“ peçenyesi

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info