Yay mövsümündən sonra dərinin ağardılması
Tarix: 19.09.2017 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Yay fəsli dəridə öz izlərini qoyur. İsti günlər başa çatandan sonra zərif çinsin nümayəndələrini dəriyə qulluqla əlaqədar qayğılar narahat etməyə başlayır. Yay boyu əldə edilənləri həm qorumaq, həm möhkəmləndirmək, üstəlik dərinin təravətli və cazibədar olmasına nail olmaq xanımları ən çox narahat edən məsələlərdəndir.
AZƏRTAC xəbər verir ki, payızda dəriyə kosmetik qulluğun başlıca məqsədi onun ağardılması və qışa hazırlığıdır. Bundan ötrü xiyar, limon şirəsi, baş soğan və qırmızı qarağat tərkibli maskalardan istifadə etmək olar.
Payız vaxtı quru dəri üçün, xüsusilə təbiətin təsirindən sonra parafin-yağ maskalarının istifadəsi məsləhət görülür. Üzə və boyun nahiyəsinə zeytun və ya günəbaxan yağı çəkilir, maskalar həftədə iki dəfə bir kursu cəmi 8-10 prosedur olmaqla aparılır. Quru və solğun dəri üçün həmin maska yaxşı hazırlıq olacaq.
Payızda normal və yağlı dərinin təmizlənməsi üçün bəzi losyonlar hazırlayıb istifadə etmək olar. Hərəsindən 2 çay qaşığı qırmızı qızılgülün qurumuş ləçəkləri və solmazçiçəyiinin çiçəkləri 100 qram 3 faizli sirkədə saxlanılır, ikiqat tənzifdən keçirilir. Həmin məhlulu uzun müddət saxlayıb tətbiq etmək mümkündür. Yağlı dəri üçün 100 ml distilə olunmuş suya 1 çay qaşığı məhlul və 5 qram şorbit, quru dəri üçün isə 1-2 çay qaşığı məhlul və 1-2 çay qaşığı qliserin tökülərək dəri həmin qarışıqla silinir.
Daha bir sadə və səmərəli üsul da var. Yuxudan oyanandan sonra üz kosmetik südə batırılmış pambıqla silinir, axşamdan dondurulmuş 2-3 giləmeyvənin qabığı çərtilərək şirəsi ilə üz və boyun nahiyəsi silinir. Hətta onu göz altına da çəkmək olar. 15-20 dəqiqə sonra maska soyuq su ilə yuyulur. Prosedur bitəndən sonra dəri atlas kimi hamar olur.
Yay fəslində dəri kobudlaşıb və qıcıqlanıbsa, onda onu sakitləşdirən tərəvəzli maskadan istifadə edilir. Məsələn, 1 ədəd orta ölçülü qabaq ətçəkən maşından keçirilir, şirəsi ayrılandan sonra onun büzücü və dezinfeksiyaedici təsirlərini artırmaq üçün şirəyə 1 yumurta sarısı əlavə edilir. Alınan kütlə qalın qatla təmizlənmiş üz və boyun nahiyəsinə çəkilir, sonra dəri sərin su ilə yuyulur və toniklə silinir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı
16.10.2019
Polisi döyən deputat 792 manat cərimələndi
16.10.2019
Sahibini izləyən robot-çamadan
16.10.2019
Çinin ilk yerli buzqıran gəmisi ilk səfərinə çıxdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info