Meksikada zəlzələ nəticəsində ölənlərin sayı artır
Tarix: 20.09.2017 | Saat: 18:48:00 | E-mail | Çapa göndər
Meksikada 7,1 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır. Meksikanın qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puente bildirib ki, ölənlərin sayı 248-a yüksəlib. Dağıntıların altında xeyli insan qalıb. Meksika prezidenti Enrike Penya Neto əhaliyə müraciət edərək, təşvişə düşməməyi tapşırıb: “Hazırda əsas işimiz dağıntılar altında qalmış insanları xilas etmək və xəsarət alanlara yardım etməkdir”. Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıda, yerin səthindən 60 km dərinlikdə qeydə alınıb. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, . Meksikada baş verən zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. H. Hacıyev bildirib ki, Meksikada məhdud sayda azərbaycanlı yaşayır: “Həmin ölkədə bir neçə azərbaycanlı ailəsi yaşayır. Zəlzələ ilə əlaqədar Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən ölkədə yaşayan və konsulluqda qeydiyyatda olan bütün vətəndaşlarla əlaqə saxlanılıb. Bizim vətəndaşlar arasında xəsarət alan yoxdur”.




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Nağd pula ehtiyac olmayacaq
20.10.2017
Suriyaya nəzarət uğrunda savaş: Şoyqunu İsrailə aparan səbəb
20.10.2017
Patrik Fyuri: “Azərbaycan ABŞ üçün regionda önəmli müttəfiqdir”
19.10.2017
Tillerson Bağdadın Kərküklə bağlı fəaliyyətini dəstəkləyib
19.10.2017
NATO-nun Balkanları işğal planı: sırada Makedoniya və Bosniya və Hersoqovina var

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7540

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Yollar qovuşanda...
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info