UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək
Tarix: 20.09.2017 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Bu gün bütün Avropanın diqqəti İsveçrəyə yönəlib. “Apasport.az” saytının məlumatına görə, qurumun XIII Növbədənkənar Konqresi, ardınca isə İcraiyyə Komitəsinin yığıncağı baş tutub. UEFA-ya üzv olan 55 milli assosiasiyanın, o cümlədən AFFA-nın nümayəndələrinin iştirak etdiyi Konqres Cenevrənin “Prezident Vilson” otelində baş tutub. Lakin Azərbaycan üçün daha önəmli qərar İcraiyyə Komitəsinin Nyondakı Avropa Futbol Evində təşkil olunan toplantısında verilib. Bir sıra vacib məsələlərin müzakirəsini aparan komitə üzvləri 2019-cu ildə Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarına hansı stadionların ev sahibliyi edəcəyini də müəyyənləşdirib. Bakı Olimpiya Stadionunun da namizəd olduğu qitənin ən mötəbər klub turnirindəki rəqabətdə Madridin “Vanda Metropolitano” stadionu qalib gəlib. Həmin il Avropa Liqasının final matçının isə Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verilib.




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib
17.07.2018
“Forbes” məşhurların qazancını açıqlayıb
16.07.2018
Azərbaycan cüdoçuları Almaniyada Avropa kubokunun qalibi oldular
15.07.2018
Dünya kuboku Fransa milli komandasına təqdim edilib
14.07.2018
DÇ-2018: Bürünc medallar Belçikanın oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9647

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info