Yol hərəkətinə mane olan maşınların sahibləri SMS vasitəsilə tapılacaq
Tarix: 21.09.2017 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Dubay polisinin üzərində işlədiyi yeni servis vasitəsilə insanlar yol hərəkətinə mane olan və başqa avtomobillərin yola çıxmasının qarşısını alan nəqliyyat vasitələri barədə məlumat vermək imkanı əldə edəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərində çıxan “Khaleej Times” nəşri Dubay polisinin intellektual servislər üzrə baş direktoru Xalid Nasir Əbdülrəzzaq Al-Raszukinin bəyanatına istinadla məlumat verib.
Al-Raszuki qeyd edib ki, yeni servisin işə salınması ictimaiyyətin məlumatlılıq səviyyəsini artırmaq və SMS vasitəsilə onu xəbərdar etmək məqsədi daşıyır. Bu xidmət Dubay polisinin “ağıllı” əlavəsinin bütün istifadəçiləri üçün nəzərdə tutulub.
Onun sözlərinə görə, servisin istifadəçiləri avtomobil dayanacaqlarında hərəkətə mane olan avtomobilin nömrə nişanını göstərə bilərlər. Dubay polisi avtomobilin sahibinə maşınını kənara çəkməsi tələbi ilə SMS göndərəcək. Polisin SMS-i cavabsız qalsa, bu qanunun pozulması faktı kimi qeydə alınacaq. Bu xidmət insanların cüzi xətalar barədə məlumat vermək üçün müraciət etdikləri əməliyyat şöbəsinin yükünü azaldacaq.
Dubay polisinin intellektual servislər üzrə baş direktoru xüsusi vurğulayıb ki, Dubay polisinin smartfonlar üçün əlavəsinin istifadəçilərinin sayı artaraq ötən il 2,35 milyon nəfərə çatıb.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı
16.10.2019
Polisi döyən deputat 792 manat cərimələndi
16.10.2019
Sahibini izləyən robot-çamadan
16.10.2019
Çinin ilk yerli buzqıran gəmisi ilk səfərinə çıxdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info