BANM-in Prezident təqaüdçülərindən I qrup üzrə ölkə rekordu
Tarix: 21.09.2017 | Saat: 15:15:00 | E-mail | Çapa göndər
Prezident İlham Əliyevin sərəncamı ilə 2017/2018-ci tədris ilində Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 24-ü Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi oldu. Beləliklə, BANM I ixtisas qrupu üzrə ölkə lideri oldu. Bu barədə BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. BANM bununla da I ixtisas qrupu üzrə tarixi rekordu müəyyənləşdirdi. Belə ki, buna qədər böyük rəqabətin getdiyi I qrupda heç bir universitet maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmamışdır. 24 Prezident təqaüdçüsündən 7 nəfər 700 bal, 13 nəfər 695 bal, 1 nəfər 691 bal, 3 nəfər isə 690 bal toplayıblar. Onlardan 21 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, 2 nəfər “Kimya mühəndisliyi”, 1 nəfər isə “Neft-qaz mühəndisliyi” ixtisasını seçib.
Beləliklə, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərin sayı 101 nəfərə çatdı.

Prezident təqaüdçülərinin ali məktəblər üzrə bölgüsü

Ali məktəb Prezident Təqaüdçülərinin sayı
Azərbaycan Tibb Universiteti 26
Bakı Ali Neft Məktəbi 24
Azərbaycan Dövlət İqtisad Universiteti 17
Bakı Dövlət Universiteti 16
Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası 9
“ADA” Universiteti 6
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 1
Naxçıvan Dövlət Universiteti 1
UFAZ 1
Polis Akademiyası 1

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2018
Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsində 50 faizlik paya malik olacaq
19.01.2018
SDU-da 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilib
19.01.2018
20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb
19.01.2018
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
19.01.2018
YAP üzvlərinin sayı 710 min nəfəri keçib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8224

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info