Dövlət orqanları üzrə ən yüksək nəticə göstərmiş xidmətlərin adları açıqlanıb
Tarix: 21.09.2017 | Saat: 15:30:00 | E-mail | Çapa göndər
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "ASAN xidmət indeksi üzrə qiymətləndirmənin nəticələri və tətbiq olunan yeniliklərə" həsr olunmuş təqdimat mərasimi keçirilib.

Dövlət agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib ki, dövlət xidmətlərinin "ASAN xidmət indeksi"ni təşkil edən parametrlər üzrə qiymətləndirilmə yekunlaşıb. O deyib ki, 2016-2017-ci illər üzrə pilot layihə çərçivəsində Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Bakının yerli icra hakimiyyəti orqanlarının 412 xidməti üzrə qiymətləndirmə aparılıb. Gələcəkdə qiymətləndirmənin bütün dövlət xidmətlərini əhatə etməsi planlaşdırılır.

Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin rəhbəri İlhamə Qədimova nəticələri açıqlayıb. O qeyd edib ki, qiymətləndirmə 3 mərhələdə, mərkəzi icra hakimiyyəti orqanları üzrə 178 xidmətin, yerli icra hakimiyyəti orqanları üzrə 234 xidmətin qiymətləndirilməsi aparılıb. Nəticələrə əsasən, mərkəzi icra hakimiyyəti orqanları üzrə ən yüksək nəticə göstərmiş 10 xidmət aşağıdakılardır:

Vergilər Nazirliyi (VN) - Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması

VN - Elektron Vergi Hesab Fakturasının qəbulu

VN - Nazirliyə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi

VN - “Çağrı Mərkəzi” vasitəsilə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin qəbulu

Dövlət Miqrasiya Xidməti (DMX) - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin alınması


DMX - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin alınması

DMX - Şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi

VN - Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması

Əmlak Məsələləri Dövlət Komitəsi – daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması.

Ən aşağı xidmətlər isə aşağıdakı qurumlarda olub:

Daxili İşlər Nazirliyi (DİN) – xidməti və mülki silahın qeydiyyata alınması

DİN – nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq sahələrində mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq

DİN - xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi

Milli Arxiv İdarəsi - sənədlərin Milli arxiv fondunun tərkibinə daxil edilməsi və mühafizəsi

Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti – Böyük Vətən Müharibəsində və Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, əlil olmuş şəxslərə, şəhid ailələrinə müvafiq arayışın verilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - peşə seçimi ilə bağlı onlayn testləşdirmə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti - hərbi qeydiyyatda olması barədə arayışın verilməsi

Yerli icra hakimiyyəti orqanları üzrə ən yüksək nəticə göstərmiş xidmətlər Binəqədi rayon İcra Hakimiyyətində olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
10.12.2017
Türkmənistan prezidenti 4 naziri vəzifəsindən azad edib
10.12.2017
Azərbaycanın dünya miqyasında tanınmasında Heydər Əliyevin xidmətləri misilsizdir
10.12.2017
Prezidentin Mətbuat Xidmətinin məlumatı
10.12.2017
Türkiyə daxili polad magistrallarını Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirəcək
09.12.2017
Prezident IƏT-nın Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısına dəvət edilib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7894

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info