Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə konfrans keçirilib
Tarix: 21.09.2017 | Saat: 15:32:00 | E-mail | Çapa göndər
Səlim Müslümov: “Prezidentin tapşırıqlarına uyğun olaraq, sosial müdafiə sistemində əhatəliliyin artırılması, səmərəliliyin yüksəldilməsi, şəffaflığın tam təmin olunması yönündə məqsədyönlü islahatlar aparılıb”

“Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan, yarandığı vaxtdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası (YAP) sivil siyasi sistem əsasında müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin şərəfli bir yol keçib”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə nazirlikdə keçirilən konfransda vurğulayıb.
Konfrans Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan S.Müslümov bildirib ki, 25 il bundan öncə, 1992-ci il noyabrın 21-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sədrliyi və tanınmış ziyalıların iştirakı ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransının keçirilməsi o zaman yeni müstəqillik qazanmış ölkəmizin bu müstəqilliyi itirmək təhlükəsindən xilas olmasına, ölkəmizin müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə aparan yolun bir başlanğıcı oldu. Həmin konfransda ulu öndərimiz Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi: “1993-cü ilin iyun ayında - Azərbaycanın taleyinin sual altında qaldığı, bütün sahələri bürümüş ağır böhran şəraitində gələcəyə ümidlərin tükəndiyi bir vaxtda isə xalqın iradəsi ilə ulu öndərimiz Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışı müasir tariximizin ən şərəfli səhifəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən, qətiyyətli siyasəti, zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin, vətəndaş qarşıdurmasının aradan qalxmasına, sivil əsaslar üzərində müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın təmin edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan verib. Bu proseslərdə ulu öndərin rəhbərlik etdiyi YAP həmişə ön cərgədə olması, daim xalqın maraq və mənafelərinin təminatı məramına əsaslanması ilə ümumxalq partiyası olduğunu təsdiq edib”.
Nazir diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev tərəfindən eyni zamanda, yeni iqtisadi münasibətlər şəraitində sosial inkişaf kursunun etibarlı təməli formalaşdırılıb. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri nəticəsində təkcə 1995-2003-cü illər ərzində pensiya və müavinətlərin 8 dəfə, muzdla işləyənlərin əmək haqqının 6 dəfədən çox artmasına nail olunub. Əmək və sosial müdafiə sahəsində beynəlxalq normalara uyğun milli qanunvericiliyin yaradılması, bu sahənin müasirləşdirilməsi yönündə mühüm addımlar atılıb: “2003-cü ildən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Bu gün Cənubi Qafqazda iqtisadi qüdrətinə görə öndə olan Azərbaycan ötən dövrdə milli iqtisadiyyatını 3,4 dəfə, o cümlədən uğurlu iqtisadi şaxələndirmə nəticəsində qeyri-neft sektorunu 2,6 dəfə artırıb. Mühüm sosial uğurlar olaraq, ölkədə 1,6 milyondan çox yeni iş yerinin yaradılması, əhali gəlirlərinin 5,2 dəfə, minimum əmək haqqının 3,5 dəfə, orta aylıq əmək haqqının 4 dəfəyə yaxın, pensiyaların 10,3 dəfədən və sosial müavinətlərin 3 dəfədən çox artırılması, ölkə əhalisinin 26 faizə qədərinin sosial təminat sistemi ilə əhatə olunması, işsizlik və yoxsulluğun 5 faiz səviyyəsinə endirilməsi təmin edilib. Prezidentin tapşırıqlarına uyğun olaraq, sosial müdafiə sistemində əhatəliliyin artırılması, səmərəliliyin yüksəldilməsi, şəffaflığın tam təmin olunması yönündə məqsədyönlü islahatlar aparılıb. Milli əmək və sosial müdafiə sisteminin dünyada nümunəvi təcrübələr kimi qəbul olunan avtomatlaşdırılmış müasir infrastrukturu yaradılıb”.
S.Müslümov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi, hazırda 700 mindən çox insanı sıralarında birləşdirən YAP bu gün də müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir və bu, partiyaya ümumxalq inam və etimadının daim artması ilə müşahidə olunur: “Dövlət başçımızın qeyd etdiyi kimi, “Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçib”.
YAP-ın sıralarının getdikcə genişləndiyini qeyd edən S.Müslümov YAP-ın nazirlik üzrə Salatın Əsgərova, 85 ilk ərazi təşkilatının da fəaliyyətini partiyanın siyasi xəttinə uyğun şəkildə qurduğunu diqqətə çatdırıb. Nazir YAP-ın nazirlik üzrə bütün üzvlərini partiyanın yaranmasının 25 illiyi münasibəti ilə təbrik edərək, onlara fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Konfransda YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Partiyanın yaranması tarixindən bəhs edib. T.Əhmədov bu siyasi təşkilatın ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursuna uyğun olaraq dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ölkəmizin hərtərəfli inkişafı istiqamətində xidmətlərini diqqətə çatdırıb.
Daha sonra çıxış edənlər ilk ərazi təşkilatının fəaliyyəti, təşkilatın ötən dövr ərzində həyata keçirdiyi tədbirlər, təşkilatda qeydiyyatda olan əməkdaşlarla aparılan işlər barədə məlumat veriblər. YAP-ın müasir Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna rolundan, respublikamızın bütün sahələrdə inkişaf dinamikasına nail olunmasında onun tarixi xidmətlərindən, xalqın bu siyasi təşkilata yüksək etimadından bəhs ediblər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
“Azəriqaz” “ASAN xidmət” vasitəsilə 26 minədək istehlakçıya xidmət göstərib
11.12.2017
“Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması”
11.12.2017
Salyan və Neftçalada 14 ev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib
11.12.2017
Statistika Komitəsində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
11.12.2017
Elmi Bərpa Mərkəzinin əməkdaşları təltif olunub

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info