Professor Şahbaz Muradovun biobiblioqrafik göstəricisi hazırlanıb
Tarix: 21.09.2017 | Saat: 15:54:00 | E-mail | Çapa göndər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) “Azərbaycanın elm və mədəniyyət xadimləri” silsiləsindən görkəmli iqtisadçı alim Şahbaz Muradovun biobiblioqrafik göstəricisini hazırlayıb.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, akademiyanın müxbir üzvü, Əməkdar Elm Xadimi, iqtisad elmləri doktoru, “Şöhrət” ordenli professor Şahbaz Musa oğlu Muradovun anadan olmasının 75 illiyinə həsr edilən vəsait AMEA-nın rəyasət heyətinin qərarı ilə çapdan çıxıb.
Biblioqrafik vəsaitə alimin 1962-2016-cı illərdə çap edilmiş kitab və broşüraları, dövri, ardı davam edən və seriyalı nəşrlərdə Azərbaycan, rus, ingilis dillərində dərc olunmuş elmi məqalələri, respublika və beynəlxalq əhəmiyyətli konfrans və simpoziumlardakı məruzə və çıxışları, elmi-tədqiqat işləri və s. araşdırmaları daxil edilib. Vəsaitdə, həmçinin Ş.Muradovun elmi rəhbərliyi və opponentliyi ilə müdafiə olunmuş dissertasiyalar, redaktə etdiyi əsərlər, alimin həyatı və elmi fəaliyyəti haqqında ədəbiyyat da ayrıca bölmədə əksini tapıb. Daxil edilmiş materiallar nəşr tipologiyasına uyğun olaraq xronoloji qaydada, illər daxilində dillər üzrə əlifba sırası ilə vahid ardıcıl nömrələnmə əsasında verilib.
Sənədlərin biobiblioqrafik təsviri AZS 754-2013 “İnformasiya, kitabxana və nəşriyyat işi üzrə standartlar sistemi. Biblioqrafik yazı. Biblioqrafik təsvir. Ümumi tələblər və tərtib qaydaları” Azərbaycan Respublikasının Dövlət Standartı əsasında tərtib edilib.
Biblioqrafik göstəricinin tərtibçiləri Kəmalə Məmmədova, Mülayim Əmirli, redaktoru K.Məmmədovadır.
Vəsait iqtisadiyyat və idarəetmə sahəsi üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəblərin müəllim və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Şövkət Ələkbərovanın məzarı ziyarət olunub
20.10.2017
Azərbaycanlı rəssamın əsərləri Parisdə sərgilənir
19.10.2017
Yollar qovuşanda...
19.10.2017
Qusar Dövlət Ləzgi Dram Teatrı yeni səhnə əsərini təqdim edəcək
19.10.2017
Moskvada Azərbaycan Dövlət Rəqs Ansamblının konserti olacaq

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7535

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info