Alternativ enerji mənbələrindən istifadəyə diqqət artırılıb
Tarix: 21.09.2017 | Saat: 16:49:00 | E-mail | Çapa göndər
Əlverişli coğrafi mövqe və iqlim şəraiti muxtar respublikada ekoloji cəhətdən təmiz, tükənməyən alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, ali təhsil ocağında “Naxçıvan Muxtar Respublikasında alternativ enerji mənbələrindən istifadə və alternativ enerji mənbələrinin gələcəyi” mövzusunda keçirilən elmi-nəzəri seminarda bu barədə danışılıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada enerji təhlükəsizliyi məsələlərinin həll olunmasında növbəti mərhələ kimi bərpaolunan alternativ enerji mənbələrindən istifadəyə geniş yer verildiyini qeyd edib.
Ali təhsil ocağının elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev “Alternativ enerji mənbələrinin perspektivləri” adlı məruzəsində bildirib ki, muxtar respublikanın elektrik enerjisinə tələbatının alternativ enerji mənbələri hesabına ödənilməsini təmin etmək və enerji təhlükəsizliyini daha da möhkəmləndirmək istiqamətində görülən işlər uğurlu nəticələr vəd edir. Naxçıvanın enerji ehtiyaclarının tamamilə yerli imkanlar hesabına ödənilməsini nəzərdə tutan layihələrin tətbiqi bu sahədə ixracat imkanlarını daha da artıracaqdır.
Sonda “Con Serlin generatoru” adlı film nümayiş olunub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Belarusun nümayəndə heyəti Qəbələyə səfər edib
08.12.2017
Cəlilabadda humanitar aksiyada 150 nəfər qan verib
08.12.2017
Atabəy Eldəgəzin adı olan mis pullar tapılıb
08.12.2017
Tovuzda 170 min tona yaxın kartof toplanıb
08.12.2017
İçərişəhərdə sərgi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info