Ermənistanda orta məktəb məzunlarının sayı iki dəfə azalıb
Tarix: 21.09.2017 | Saat: 16:53:00 | E-mail | Çapa göndər
Aram Manukyan:” Ölkə təkcə məktəbli və ya tələbə itirmir, o həm də gələcəyin əsgərini itirir”

On il bundan əvvəl Ermənistanda 40 min orta məktəb məzunu var idi, bu gün isə onların sayı azalaraq 19 minə enib. Bu barədə Erməni Milli Konqresinin sədr müavini Aram Manukyan «News.am» saytına verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, əgər ölkədəki vəziyyət davam edərsə, artıq iki ildən sonra bu göstərici 11 minə enəcək: «"Müstəqilliyin ilk dövründə Ermənistanda məktəbləri bitirən məzunların sayı 60 minə çatırdı. Belə görünür ki, 10 il bundan əvvəl məzunların sayı indikindən üç dəfə artıq idi». Deputat bildirib ki,müqayisəli rəqəmlərə demoqrafiya baxımından deyil, ölkənin gələcəyinə təhlükə yaradacaq milli təhlükəsizliyini təmin etmək baxımından yanaşmaq lazımdır. Manukyana görə, ölkə təkcə məktəbli və ya tələbə itirmir, o həm də gələcəyin əsgərini itirir. Deputatın fikrincə,əgər ölkədəki məzun sayı yaxın illərdə 12 minə çatarsa, bu, artıq ölkə üçün demoqrafik fəlakət kimi dəyərləndirilməlidir.
«Təkcə son iki il ərzində ölkənin məktəblərindən 13.500-dən çox uşaq Ermənistanı tərk edib. Ölkənin ali məktəblərindəki vəziyyət bundan da pisdir»-deyən Manukyan erməni universitetlərində tələbələrin birbaşa təhsillə məşğul olmadığını iddia edir. Onun fikrincə, əksər ali təhsil müəssisələri ölkədə peşəkar mütəxəssislər hazırlamaq əvəzinə, biznes aparılması yolunu tutublar. Belə ki, bu təhsil müəssisələrində təhsil alan tələbə və onların valideynlərindən böyük miqdarda pul tələb edirlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.10.2017
Bu il minlərlə məcburi köçkün ailəsi yeni evlərlə təmin olunacaq
19.10.2017
Pakistan XİN rəhbəri: “Azərbaycan D-8 təşkilatına üzv qəbul oluna bilər”
19.10.2017
Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlaşdırır
18.10.2017
İspaniya-Kataloniya: ultimatumun vaxtı bu gün bitir
18.10.2017
“Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7527

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info