Nəsimidə Beynəlxalq Sülh günü qeyd edilib
Tarix: 21.09.2017 | Saat: 17:24:00 | E-mail | Çapa göndər
Nəsimi rayonu İlylas Əfəndiyev adına Elitar Gimnaziyada 21 sentyabr- Beynəlxalq Sülh günü münasibətilə “Sulh göyərçinləri” tədbiri keçirilib. Tədbirdə iştirak edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva vurğulayıb ki, Beynəlxalq Sülh Günü BMT Baş Assambleyasının təşəbbüsü ilə Yer üzündə atəş və zorakılıqdan qlobal imtina günü kimi qeyd edilir. Bu bayram BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə bütün dünya tərəfindən 1982-ci ildən qeyd olunmağa başlayıb. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. Həmçinin tədbirdə ölkəmizdə həyata keçirilən tədbirlərdə sülhün, təhlükəsizliyin və sabitliyin vacibliyi vurğulanıb, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Vurğulanıb ki, əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilib ki, bu gün qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. Daha sonra Elitar Gimnaziyanın şagirdləri sülh çağırışı olaraq şarları və göyərçinləri havaya buraxıblar. Bütün məktəblilər “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyərək Azərbaycan bayrağını başları üzərində dalğalandırıblar.




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Zirə, Türkan və Pirallahıda su təchizatının yenilənməsinə vəsait ayrıldı
11.12.2017
Azərbaycana 2,5 milyona yaxın xarici vətəndaş gəlib
11.12.2017
Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub
11.12.2017
“Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlığı daha da genişləndirilməlidir”
11.12.2017
Prezident Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info