Qərb dünyası seçkilərdə “Facebbok”un rolunu dəyərləndirir
Tarix: 21.09.2017 | Saat: 18:11:00 | E-mail | Çapa göndər
Ruslar ABŞ-ın 17 şəhərində Trampı dəstəkləyən mitinqləri təşkil etmək üçün «Facebook»dan istifadə ediblər. «The Daily Beast» onlayn nəşrinin verdiyi bilgiyə görə, rus təbliğatçıları ötən il ABŞ-da keçirilən prezident seçkilərində ölkənin Florida ştatında Trampı təbliğ edən mitinqlər təşkil etməyə çalışıblar: « Nümayişdəki ən azı bir dəstə Tramp tərəfdarı internetdə reklam edilsə də, real həyatda onlarca dəstə tərəfdar kimi çıxış edirdi. Ruslar Donald Trampı birbaşa dəstəklənmək üçün «Facebook» vasitəsilə amerikalıları səfərbər etməyə cəhd göstəriblər”
2016- cı ilin 20 avqustundan start götürən və «Tramp üçün Florida» adı altında keçirilən tədbirlər eyni vaxtda 17 əyalətdə "Dövlət miqyasında vətənpərvər flashmob"kimi təqdim edilirdi. Maraqlı nüans isə Tramp təbliğatçılarının arasında olan insanların hansı birinin gəlmə olduğunu müəyyən etmək bu gün də çətinlik törədir. Çünki «Facebook»dakı yüzlərlə rus səhifələrinin məhv edilməsi faktların çoxuna işıq salmağa çətinlik törədir. Lakin buna baxmayaraq, Fort-Loderdeyla və Koral-Sprinqsdə keçirilən təbliğatla bağlı video və fotoşəkillər əldə edilib. Əldə edilən bu sənədlər sübut kimi yenidən «Facebook» səhifələrində yerləşdirilib.
Qeyd edilməlidir ki, Floridadakı «Flashmob»da Trampın lehinə olanların sayı xanım Klintonun tərəfdarlarından çox olub. «Facebook»da "Vətənpərvər olmaq" adı altında fəaliyyət göstərən tədbir üzvlərini “Twitterdə” "Tramp üçün marş" adlı başaq bir səhifə birləşdirirdi. Belə ki, onlar əlaqəli şəkildə fəaliyyət göstərirdilər.
Saytın məlumatına görə 200 mindən çox ardıcılları olan "Vətənpərvər olmaq" çağırışı rus saytlarında daha böyük populyarlıq əldə etmişdi. Belə ki, bu çağırış altında fəaliyyət göstərənlər daha çox xanım Klintonu aşağılayan çağırışlar səsləndirirdilər. Bu səhifə fəaliyytini bu ilin avqustunda «Facebook»dakı səhifələr silindikdən sonra başa vurub.
«Facebook» sözçüsünün «The Daily Beast»ə bildirdiyinə görə, şirkət "Vətənpərvər olmaq" adı altında fəaliyyət göstərən səhifə məlumatlarının heç birini təsdiq etmək iqtidarında olmadığını bildirib.
ABŞ-ın Federal İstintaq Bürosunun sabiq üzvü, hazırda isə Xarici Siyasət Araşdırmaları İnstitutunda çalışan Klint Uotts bütün bunları « Rusiyanın hansısa bir dağıdıcı fəaliyyət strategiyasının tərkib hissəsi» kimi dəyərləndirib. O, eyni zamanda rusların seçimdə şübhə altına düşən amerikalıları Trampın adıyla küçəyə aparmağa razı salmaq qabiliyyətini də xüsusi dəyərləndirir.
Maraqlıdır ki, Trampın seçki kampaniyasının keçmiş rəhbəri Syuzi Uayls nəşrə verdiyi açıqlamada Florida əyalətində yaşananları "rəsmi kampaniya hadisəsi» kimi dəyərləndirməyib.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
08.12.2017
“Brexit” danışıqlarının ilk mərhələsi yekunlaşıb
08.12.2017
“Əl-Qaidə” ABŞ-ı hədələyib
08.12.2017
Rusiyadan yeni hərbi plan: Tartusda atom sualtı qayıqları lövbər salacaq
08.12.2017
“Cross Border Club”u Azərbaycanı ilin ən uğurlu istiqaməti elan edib
08.12.2017
FTB direktoru Trampın əleyhinə çıxaraq işçilərini dəstəklədi

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7894

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info