Astana ilə Bişkek arasında siyasi gərginlik
Tarix: 21.09.2017 | Saat: 20:41:00 | E-mail | Çapa göndər
Qırğızıstanda oktyabrın 15-də keçiriləcək seçkilərdə mübarizə aparacaq namizədlərdən birinin Astanada Nursultan Nazarbayev tərəfindən qəbul edilməsi nota verilməsi ilə nəticələnib
Qazaxıstanla qonşusu Qırğızıstan arasında siyasi gərginlik yaşanır. İki dövlət arasında problemin yaranmasının səbəbi Qırğızıstan parlamentində “Respublika Ata-Yurt” fraksiyasının lideri olan Omurbek Babanovun Astanada Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev tərəfindən qəbul edilməsidir.
Qazaxıstan mediasında görüşlə bağlı məlumat və foto yayıldıqdan sonra Qırğızıstan Xarici İşlər Nazirliyi Qazaxıstanın Bişkekdəki müvəqqəti təmsilçisinə nota təqdim edib. Məsələnin bu qədər böyüməsinin əsas səbəbi odur ki, fraksiya rəhbəri olan Babanov Qırğızıstanda oktyabrın 15-də keçiriləcək prezident seçkilərində əsas namizədlərdən biri sayılır. Rəsmi Bişkek Astanada keçirilən bu görüşü Qazaxıstanın seçkiyə müdaxiləsi, namizədlərdən birinə açıq dəstək kimi dəyərləndirir. Qırğızıstanın “Yeni nəsl” hərəkatının təmsilçisi Adil Turdukulov bildirib ki, belə hadisə ilk dəfə deyil ki, təkrarlanır. Belə ki, 2011-ci ildə də Nazarbayev “Respublika Ata-Yurt” təmsilçisini qəbul edib. Həmin vaxt ölkənin baş naziri olan Feliks Kulov da Moskvada Dmitri Medvedev tərəfindən qəbul edilib. Amma həmin vaxt rəsmi Bişkek Astanaya heç bir etiraz bildirməyib. Ona görə də Xarici İşlər Nazirliyinin Qazaxıstana nota təqdim etməsi ciddi mətləblərdən xəbər verir. Ekspertlər bildirir ki, rəsmi Bişkek Astananın mövqeyindən narazıdır. Məsələ ondadır ki, Atambayevin hakimiyyəti dövründə Bişkeklə Astananın münasibətləri yaxşı olmayıb. Nazarbayev kimi təcrübəli siyasətçinin Qırğızıstan müxalifətinin liderini seçkiyə az vaxt qalmış qəbul etməsi münasibətlərin hansı dərəcədə olmasının göstəricisidir. Qırğızıstanın “Alibi” nəşri yazır ki, Babanov 2012-ci ildə baş nazir olarkən Astanaya səfər edib və baş nazir Kərim Məsimovla görüşüb. Qəzet yazır ki, məhz həmin səfərdən sonra Babanovla Asana arasında səmimi münasibətlər yaranıb və Qazaxıstan seçimini onun xeyrinə edib. Qırğız siyasi analitiki Denis Berdakov “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında deyib ki, Bişkekin Astana görüşünə reaksiyası birmənalı olmayıb: “Əvvəlcə Bişkek bu görüşə təəccübləndiyini bildirdi. Onlar hesab etdilər ki, belə bir görüş Astana ilə Moskva arasında olan anlaşmazlıqdan yaranıb. Çünki Atambayev Soçidə Putinlə görüşdən çox razı qalıb. Amma müəyyən fasilədən sonra Bişkek hesab etdi ki, Astana görüşü onun üçün təhlükədir”. Ekspert hesab edir ki, bu görüş Babanovun əleyhinə də işləyə bilər: “Artıq onun Qırğızıstanı Qazaxıstanın əyalətinə çevirmək istəməsi ilə bağlı xəbərlər dolaşmağa başlayıb. Bəziləri onun əvvəllər Qazaxıstan vətəndaşı olduğunu iddia edir. Amma bunu təsdiqləyən mənbə yoxdur. Amma Babanovun həyat yoldaşının qazax əsilli olması faktı dəqiqdir. Burada bir məsələ də var ki, o, Nazarbayevlə ölkə xaricində görüşüb və bununla bağlı məlumatlar da Qazaxıstan mediasında yayılıb. Deməli, qanun pozulmayıb və bu görüşə görə ona heç bir cəza verilməyəcək. Amma XİN hesab edir ki, qanun pozulmasa da baş verən faktın özü seçkiyə təsir elementidir. Fakt qanundankənar deyil, amma oyun təmiz getmir”. Ekspert hesab edir ki, seçkidə namizədlərin şansı təxminən bərabərdir. İlk turda namizədlərdən heç birinin 50 faizdən çox səs toplaması gözlənilmir. Ekspert Adil Turduklov Astana görüşünü Qırğızıstanda formalaşması gözlənilən yeni hakimiyyətə Nazarbayevin demarşı kimi qiymətləndirir. Belə ki, Bişkek mediası yazır ki, Atambayevdən sonra ölkəni Sooronbay Jeenbekovun idarə etməsi gözlənilir. Qazaxıstan XİN notaya dərhal cavab verib. Astana hesab edir ki, Bişkekin reaksiyasına çox təəccüb ediblər. Qeyd edilir ki, Nazarbayev tez-tez siyasi xadimlərlə görüşür, bu görüşlər beynəlxalq normalara uyğun olmaqla yanaşı, açıq xarakter daşıyır və mediada işıqlandırılır. XİN xatırladır ki, Nazarbayev avqustun 14-də Astanada digər namizəd Sooronbay Jeenbekovu da qəbul edib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
10.12.2017
“ArmenianReport”: “Ermənistan Avropanın 10 ən yoxsul ölkələrindən biridir”
09.12.2017
Sərkisyanın reallığa istinad edən deputata etirazı
08.12.2017
Ermənilər Rusiya telekanallarının yayımının dayandırılmasını tələb edirlər
07.12.2017
Postmaydan hökuməti ilə kuratorları arasında konfliktin səbəbi
07.12.2017
“ArmenianReport”: “Ermənistanda zəlzələ qurbanları 29 ildir çadırlarda siçovullarla birgə yaşayırlar”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7894

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info