“Ölkəmizin müasir inkişaf dinamikası Azərbaycan gəncliyinin tələblərini də artırır”
Tarix: 22.09.2017 | Saat: 11:38:00 | E-mail | Çapa göndər
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əhatə etdiyi zamanın ruhuna uyğun tərtib olunub.
Bu fikri Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev dövlətimizin başçısının sentyabrın 15-də imzaladığı Sərəncamla təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.
Y.Məmmədəliyev bildirib ki, Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılıb, dövlət gənclər siyasətinin əsas çərçivələrini müəyyənləşdirən qanunverici aktlar qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Ölkəmizdə dövlət gənclər siyasətinin daha planlı şəkildə həyata keçirilməsi məqsədilə “Azərbaycan gəncliyi” dövlət proqramı qəbul edilərək, 2005-2009-cu və 2011-2015-ci illərdə uğurla icra olunub.
“Ölkəmizin müasir inkişaf dinamikası Azərbaycan gəncliyinin tələblərini də artırır. Ötən dövrdə icra olunmuş proqramların nəticəsində Azərbaycan gənci inkişaf edib, müasirləşib, onun yeni tələbatları yaranıb. Məhz bu amilləri nəzərə alaraq dövlətimizin başçısı İlham Əliyev “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam dövlətin gənclərimizə olan inamını ifadə etməklə, onların məsuliyyətini də artırır. Eyni zamanda, qəbul edilmiş proqram, müxtəlif dövlət qurumları, nazirlik və komitələr qarşısında konkret məqsədlər qoyur. Müvafiq dövlət qurumları proqramın tam, vaxtında və yüksək səviyyədə icrası üçün çalışacaqlar”, - deyə Prezident Administrasiyasının şöbə müdiri qeyd edib.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının əhatə etdiyi zamanın ruhuna uyğun tərtib edildiyini vurğulayan Y.Məmmədəliyev bildirib ki, proqramda gənclərimizin milli köklərə söykənərək, müasir dünyanın bir parçası olmalarını təmin etmək istəyi diqqəti cəlb edir. Təsadüfi deyil ki, sənəddə ölkə gənclərinin müasir texnologiyalara yiyələnməsi, beynəlxalq əlaqələrini gücləndirməsi təşviq olunur. Azərbaycan gənclərinin informasiya texnologiyaları sahəsinə, müxtəlif startaplara olan təbii marağını təmin etmək üçün proqramın icrası zamanı, dövrün müasir təzahürlərinə xüsusi diqqət ayrılacağı gözləniləndir. Proqramın icrasına dair tədbirlər planı ilə tanış olduqda görürük ki, burada Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu proqramdan irəli gələn tədbirlər planının icrası nəticəsində gənclərimizi daha vətənpərvər, sağlam, yaradıcı, savadlı, işgüzar və müasir dövrlə ayaqlaşan görmək istəyirlər.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əhatə etdiyi dövrdə ölkə gəncliyinin və müxtəlif dövlət qurumlarının fəaliyyəti üçün istiqamətverici sənəd olacaq. Gənclərimizi onların inkişafına faydalı olacaq bu proqramın qəbul olunması münasibətilə təbrik edirəm”, - deyə Y.Məmmədəliyev vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Hakimliyə namizədlər Avropa Məhkəməsində təcrübə keçiblər
11.12.2017
Xəyanəti peşəyə çevirənlər
08.12.2017
“Leyla Yunusun parlaqlığı və səfaləti“ kitabının təqdimatı keçirilib
07.12.2017
Özbəkistan Bakı-Tbilisi-Qars layihəsinə qoşulacağı vaxtı açıqlayıb
07.12.2017
Qazanılan uğurlar gələcəyə nikbin baxmağa əsas verir

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info