“Prezident İlham Əliyev öz çıxışında Ermənistana xəbərdarlıq etdi“
Tarix: 22.09.2017 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında söylədiyi fikirlər Ermənistan hakimiyyətinə tutarlı cavab oldu.
Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, dövlət başçısı bu çıxışı ilə bir daha Ermənistanın işğalçı siyasətinə beynəlxalq təşkilatların biganə yanaşdığını, ikili standartların yeridildiyini beynəlxalq ictimaiyyətə çatdırdı: "Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafda qazandığı nailiyyətlərlə bağlı sessiya iştirakçılarına məlumat verdi. Prezident İlham Əliyev bir daha təsdiq etdi ki, Azərbaycan müstəqillik və dövlət quruculuğunda düzgün yol seçib".
A.Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin çıxışında həmçinin Azərbaycanın bölgədə sülhün bərqərar olması, insanların təhlükəsiz yaşaması üçün çalışdığı bəyan olundu: "Bütün bunlar hamısı Azərbaycanın beynəlxalq hüquq normalarına yüksək hörmətinin göstəricisidir. Dövlət başçısı bununla da nümunəvi Azərbaycan standartı yaratdığını sübut etdi. Prezident İlham Əliyevin çıxışını bir gün əvvəl eyni kürsüdən səslənən Ermənistan prezidentinin də çıxışı ilə müqayisə etsək, biz müasir inkişafa iki fərqli yanaşmanı görürük. Birində hüquq, demokratiya, insan hüquqlarının təmin olunması, digərində isə orta əsrlər təfəkkürü, zorakılıq, bəşəriyyətə qarşı savadsız cinayət görünürdü. Hesab edirəm ki, Prezident İlham Əliyev öz çıxışında Ermənistana xəbərdarlıq etdi".
A.Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin çıxışı həm sessiyanın ruhuna uyğun idi, həm də Sarkisyanın iftira dolu çıxışına tutarlı cavab oldu: "Sessiya iştirakçıları bununla Azərbaycanın haqq işi üçün çalışdığının bir daha şahidi oldu. Ermənistan prezidentinin iftira dolu çıxışı isə onu beynəlxalq aləmdə bir daha çox gülünc vəziyyətə qoydu".




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info