Robert Sekuta: “Qlobal enerji təhlükəsizliyi baxımından Azərbaycanın əhəmiyyəti ABŞ tərəfindən yüksək qiymətləndirilir”
Tarix: 22.09.2017 | Saat: 12:28:00 | E-mail | Çapa göndər
“Qlobal enerji təhlükəsizliyi baxımından Azərbaycanın əhəmiyyəti ABŞ tərəfindən diqqətə alınır və yüksək qiymətləndirilir”. Bu barədə Vaşinqtonda yerləşən müstəqil beyin mərkəzi “Caspian Policy Center”in (CPC) Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü ilə bağlı düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişə həsr edilən xüsusi icmalında fikirlərini bölüşən ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta deyib.
R.Sekuta bildirib: “ABŞ AÇG yataqlar blokunun inkişafı istiqamətində imzalanan yeni sazişdə Azərbaycanla əməkdaşlıq etməkdən məmnundur. ABŞ davamlı olaraq Azərbaycanda və Xəzər hövzəsinin digər yerlərində neft və qaz yataqlarının hasilatını dəstəkləyib. Burada əsas hədəf neft və qaz resurslarının Avropa və digər bazarlara çatdırılmasıdır. Bu da öz növbəsində iqtisadi inkişafa və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu gün Azərbaycanın əhəmiyyəti ABŞ tərəfindən diqqətə alınır və yüksək qiymətləndirilir. Bu həqiqət, ABŞ Prezidenti Donald Trampın 28 May – Respublika Günü ilə bağlı, eyni zamanda, XXIV Neft və Qaz sərgisi və konfransı münasibətilə Azərbaycana ünvanladığı təbrik məktubunda, ABŞ dövlət katibi Reks Tillersonun fevral ayında keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasına göndərdiyi məktubda öz əksini tapıb”.
Səfir qeyd edib ki, ABŞ bundan sonra da Azərbaycandakı layihələrdə uzunmüddətli tərəfdaşı olmağa davam edəcək: “1990-cı illərin sonunda ABŞ Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə siyasi dəstək verib, ABŞ şirkətləri bu layihədə özlərinin maliyyə və texnologiya vəsaitləri ilə iştirak ediblər. ABŞ bundan əvvəl olduğu kimi, bundan sonra da Azərbaycanın neft və qaz sektorunda, qeyri-neft sektorunda və yeni İpək yolu layihələrində uzunmüddətli tərəfdaşı olmağa davam edəcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Fransalı nümayəndələr Ağ Şəhərdə olub
11.12.2017
Yeni xalça istehsalı müəssisələrində minlərlə iş yeri açılacaq (Yenilənib)
11.12.2017
“AtaSığorta” “İlin Sığorta Şirkəti” n
11.12.2017
Yalçın Topçu: “Expo-2025” sərgisinə ev sahibliyi etmək iddiası Azərbaycanın sürətli inkişafının göstəricisidir
11.12.2017
“Gazprom”: “Şimal axını 2” 2019-cu ilin sonunadək başa çatdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info