“Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri“
Tarix: 22.09.2017 | Saat: 12:47:00 | E-mail | Çapa göndər
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən iqtisadi inkişafın dayanıqlılığını və davamlılığını təmin edə biləcək mühüm bir sənəd kimi dəyərləndirilən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi"ndə nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi vurğulanıb.
Bu sahədə mövcud problemlərin həlli yollarını araşdırmaq, qabaqcıl təcrübədən bəhrələnməklə müvafiq tövsiyələrin hazırlanması məqsədilə Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının təşkilatçılığı ilə "Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans işinə başlayıb. Konfransda 15 ölkədən 65 qurumdan 150 nümayəndə iştirak edir.
Konfransda çıxış edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son dövrlər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan, yenidənqurma və quruculuq işlərindən, hesabatlılıq və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri Natiq Əmirov Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.
Auditorlar Palatasının sədri Vahid Novruzov deyib: “Dünya iqtisadiyyatında baş verən təlatümlər iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin aktuallığını daha da artırıb ki, bunların da içərisində şəffaflığın yüksəldilməsi, bununla əlaqədar hesabatlılığın, uçotun və nəzarət sisteminin təkmilləşdirilməsi müstəsna əhəmiyyət daşıyır. Bugünkü tədbir bu problemlərin həllində ölkəmizin elmi-praktik potensialından bəhrələnmək məqsədi daşıyır”.
Konfransda 40-a yaxın məruzə və 100-dən çox tezis müzakirə ediləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Körfəz ölkələri Azərbaycandakı sənaye parklarında istehsal müəssisələri yaradacaq
20.10.2017
Etibar Pirverdiyev:“Strateji Yol Xəritəsi üzrə işlər aparılır”
20.10.2017
Azərbaycandan 58 mln. dollaradək kimya sənayesi məhsulları ixrac olunub
20.10.2017
 Elekrtik enerjisi ixracı 3 dəfəyədək artıb
20.10.2017
Vergi sanksiyaları vəsaitindən vergi işçilərinin geyimlərinin alınması üçün istifadə ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7540

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Yollar qovuşanda...
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info