Qəbul imtahanında hansı dəyişikliklər olacaq?
Tarix: 22.09.2017 | Saat: 13:34:00 | E-mail | Çapa göndər
"Tam məsuliyyətlə deyirəm ki, 2018-2019-cu illərdə qəbul və buraxılış imtahanlarında heç bir dəyişikliklər nəzərdə tutulmayıb. Dəyişikliklər 2019-cu ildə tətbiq olunacaq”. Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, 2019-cu ildə qəbul imtahanında hər qrup üzrə üç fənn təqdim ediləcək və müddət yenə üç saat olacaq: “2009-cu ildən məktəblərdə kurikkulum əsasında tədris qurulub. Buraxılış imtahanları iki mərhələdə aparılıb. Tamamilə yeni növ qiymətləndirmə-ölçmə materialları istifadə olunub. Kurikkulum əsasında təhsil alan uşaqlar iki ildən sonra on birinci sinfə çatanda onların buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklər olacaq”.
Mərkəz direktoru deyib ki, dəyişikliyin nədən ibarət olması açıqlanıb, gələn həftə bununla əlaqədar geniş məlumatlar veriləcək: “İndi onuncu sinifdə oxuyan şagirdlərin valideynləri çox narahatdırlar. Çünki bilmirlər ki, hansı fənlərdən imtahanlar olacaq. 2019-cu ildə buraxılış imtahanlarında fənlər builki buraxılış imtahanındakı fənlər olacaq. Bunlar ana dili, riyaziyyat və xarici dil fənləridir. Buraxılış imtahanın formatı necə olubsa, yenə həmin formatda nəzərdə tutulub. Təbii ki, yeni növ imtahanı vermək üçün uşaqlar hazırdırlar. O ki qaldı qəbul imtahanlarına, indiyədək qəbul imtahanlarında eyni balı toplayan uşaqlar bir yerdə müsabiqədə iştirak edirdilərsə, ikinci mərhələdə ikinci kriteriya kimi attestat balı nəzərə alınırdı. 2019-cu ildə nəzərdə tutulur ki, buraxılış imtahanında şagirdlərin topladığı nəticələr həmin ilin qəbul imtahanlarında topladığı nəticələrin üstünə gəlsin, ümumi nəticə əldə olunsun. Misal üçün, buraxılış imtahanında topladığı bal 300 baldırsa, o bal qəbul imtahanında topladığı nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir. Abituriyentlərə qəbul imtahanlarında beş fənn üç saat ərzində təqdim olunurdu. 2019-cu ildə qəbul imtahanında hər qrup üzrə üç fənn təqdim olunacaq. Təbii ki, orda yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar da əksini tapacaq. Yeni növ tapşırıqlar o deməkdir ki, onların cavabı olmayacaq. Abituriyent o cavabı özü yazmalıdır”.
Mərkəz sədri əlavə edib ki, bu növ tapşırıqların yoxlanması da yeni üsulları tələb edir: “Valideynlərin narahatdır ki, belə növ tapşırıqları təkcə kompüter yox, ekspertlər də qiymətləndirəcəksə, prosesə hansısa müdaxilə mümkündür, yoxsa yox? Tam məsuliyyətlə deyə bilərəm ki, bu istiqamətdə iş aparırıq. Dövlət İmtahan Mərkəzinin xüsusi proqram təminatı var. Həmin proqram təminatı təkmilləşib və nəhayət bu il buraxılış imtahanında olan iki yüz min işi həmin proqram təminatı ilə yoxlamışıq. Həmin yoxlamada insan faktoru bu prosesə təsir göstərməyib. Valideynləri əmin edə bilərəm ki, yazı işlərinin qiymətləndirilməsində insan faktoru yekun qiymətləndirməyə təsir göstərməyəcək. Uşaqların bilikləri tam şəffaf şəkildə qiymətləndiriləcək”.
 
 
M. Abbaszadənin sözlərinə görə, qabiliyyət tələb edən ixtisaslara dəyişiklik olmayacaq: “Qabiliyyət tələb edən ixtisaslara qəbul indiyə qədər necə olubsa, biz nəzərdə tuturuq ki, yenə həmin şəkildə aparılsın”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
“Vergini vaxtında ödəyənlər dəstəklənəcək”
19.02.2018
Yarmarkada məhsullar 15-20 faiz ucuz satılıb
19.02.2018
“İş yerinə dair arayış” e-xidmətinə 861,6 min müraciət qeydə alınıb
19.02.2018
Səyyar ASAN xidmət Zığ qəsəbəsində
19.02.2018
Azərbaycana minə yaxın avtomobil idxal olunub

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8435

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info