“Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Laçında 1500 nəfər işlə təmin olunub”
Tarix: 22.09.2017 | Saat: 13:54:00 | E-mail | Çapa göndər
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağcabədi rayonunda həmin rayonun və Bərdə, Tərtər, Ağdam, Laçınrayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciətlər əsasən imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzillə, reabilitasiya xidmətləri ilə təmin edilməsi, məşğulluq, sosial təminat növlərinə hüququn müəyyən olunması, pensiya və sosial sığorta münasibətləri, aktiv əmək bazarı proqramlarına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı olub. Bütün müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.
 
Vətəndaşlarla görüşündə S.Müslümov ölkəmizdə sosial rifah səviyyəsinin yaxşılaşdırılması yönündə aparılan siyasətdə məşğulluğun təminatı, insanlara əmək potensiallarını reallaşdırmaqla ailə gəlirlərini artırmaq imkanlarının yaradılması prinsipinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Nazir Azərbaycan Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin əhalinin məşğulluğunun artırılması sahəsində növbəti mühüm addımların atılmasına imkan verdiyini vurğulayıb: “Eyni zamanda, dövlət başçısının konkret tapşırıqları əsasında aqrar sektorun inkişafına yönələn kompleks tədbirlər kənd rayonlarında, o cümlədən Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarında ənənəvi kənd təsərrüfatı sahələrinin, xüsusən də bu rayonların iqtisadiyyatı üçün xarakterik olan pambıqçılığın, baramaçılığın, heyvandarlığın inkişafına səbəb olub. Qeyd olunan pozitiv proseslər, digər tərəfdən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yeni və çoxsaylı infrastruktur layihələrinin icrası, sosial obyektlərin inşası və s. tədbirlər bu bölgədə əmək resurslarının məşğulluq imkanlarını da əhəmiyyəti şəkildə artırıb”.
 
S.Müslümov aktiv məşğulluq tədbirlərinin də davam etdirildiyini, nazirliyin məşğulluq orqanları vasitəsilə Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Laçın  rayonları üzrə bu ilin 8 ayında ümumilikdə 1500 nəfərin münasib iş yerləri ilə təmin olunduğunu, 60 nəfərin peşə hazırlığına cəlb edildiyini bildirib: “Bununla yanaşı,  həmin rayonlar üzrə 100 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub və artıq onların hər birinə fərdi təsərrüfatlarını, özlərinin və ailə üzvlərinin məşğulluqlarını qurmaları üçün aktivlər (mal və materiallar) alınıb verilib. Növbəti ildən isə bütün respublikada, həmçinin bu rayonlarda proqrama cəlb olunanların sayı bundan dəfələrlə çox olacaq”. Nazir bu bölgədə də məşğulluq imkanlarının artmasının göstəricisi kimi, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Laçın  rayonları üzrə məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayının ötən ilin müvafiq dövrünə nisbətən cari ilin 8 ayında 43,3% azaldığını diqqətə çatdırıb.
 
Müraciətlərdə əksini tapan ayrı-ayrı məsələlərin həlli ilə əlaqədar konkret tədbirlər görülüb. Habelə işlə təmin edilmək üçün müraciət edən şəxslərin, eləcə də onların ailə üzvlərinin məşğulluq məsələsi həllini tapıb. Onlara yaşadıqları ərazi üzrə  vakant iş yerləri təklif edilib və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər verilib. İmtiyazlı şəxslərin mənzillə təminatına dair müraciətləri cavablandıran S.Müslümov bu ilin ötən dövründə 610 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin edildiyini bildirib: “Həmçinin Sərəncamın icrası çərçivəsində həmin dövrdə Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarında bu təbəqələrdən olan vətəndaşlar üçün 60-a yaxın fərdi yaşayış evinin tikintisi aparılıb, onlardan artıq 43 ədəd ev istifadəyə verilib. Qalan evlərin tikintisi işləri yaxın günlərdə tamamlanacaq və onlar da Qarabağ müharibəsi əlili və şəhid ailələrinə təqdim olunacaq”.
 
Ayrı-ayrı vətəndaşlar müraciətlərinə uyğun olaraq, nazirliyin reabilitasiya müəssisələrinə bərpa-müalicəsinə qəbul edilmələri, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları, aktiv əmək bazarı proqramlarına cəlb edilmələri üçün qeydiyyata alınıblar. 2 nəfər əlilliyi olan şəxsə isə ehtiyacı nəzərə alınmaqla əlil arabası verilib. 
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Yeni modeldə qəbul imtahanlarında bal neçə olacaq
20.10.2017
“Gil məmulatlarına tələbat artıb”
20.10.2017
Cəzaların humanistləşdirilməsinə dair dəyişikliklər qəbul edilib
20.10.2017
Xalq Cümhuriyyətinin 100 illik yubileyinə 5 milyon manat ayrılıb
20.10.2017
Müəllimlərin diaqnostik qiymətləndirilməsi nə vaxt başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7540

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Yollar qovuşanda...
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info