“Uşaqların ölkəyə gətirilməsi üçün səfirliyimiz İraq hökumətinin müvafiq orqanları ilə daim təmasdadır“
Tarix: 22.09.2017 | Saat: 14:09:00 | E-mail | Çapa göndər
"Bağdadda sığınacağa yerləşdirilmiş azərbaycanlı uşaqların ölkəmizə gətirilməsi üçün İraqdakı səfirliyimiz İraq hökumətinin müvafiq orqanları ilə daim təmasdadır".
 
Bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. H. Hacıyev bildirib ki, bu məsələ diqqət mərkəzindədir: “İraqın Azərbaycandakı səfirliyi ilə sıx təmasdayıq. Xarici İşlər Nazirliyində İraq səfirliyinin əməkdaşları ilə görüş keçirilib. Hazırda uşaqların ailə üzvlərinin kimliyinin müəyyənləşdirilməsi və bu kimi bəzi məsələlərlə bağlı işlər gedir”.
 
Qeyd edək ki, Bağdad sığınacağına yerləşdirilmiş  2 yaşlı Xədicə və 3 yaşlı Abdulla Suriyada “İŞİD”in işğalından azad edilən ərazilərdə tapılıb. Onlar ata-analarının öldüyünü bildiriblər. Rus mətbuatında uşaqları “İŞİD”in nəzarətindəki ərazilərə valideynlərinin aparıldığı yazılıb. Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra isə sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb. Uşaqlar özləri haqda tam məlumat verə bilməsə də, təqdim olunan videomaterialda Abdulla valideynlərinin öldüyünü deyir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
13 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib
19.02.2018
İsrailin müdafiə nazirinə sui-qəsd cəhdində erməni izi?
19.02.2018
Elman İmaməliyev Rusiyada prezident seçkilərini müşahidə edəcək
19.02.2018
Azərbaycanın təşəbbüsü ilə daha bir regional format yaranır
17.02.2018
“İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb“

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8435

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info