OPEC+ ölkələri Vyanada toplaşacaq
Tarix: 22.09.2017 | Saat: 14:50:00 | E-mail | Çapa göndər
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələrindən ibarət Birgə Monitorinq Komitəsi sentyabrın 22-də Avstriyanın paytaxtı Vyanada iclas keçirəcək.
AZƏRTAC xəbər verir ki, toplantıda Liviya və Nigeriyanın da iştirakı nəzərdə tutulur. OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələri neft bazarının yenidən balanslaşdırılmasının təmin olunması üçün bu il yanvarın 1-dən qüvvədə olan neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılmasını nəzərdən keçirəcəklər. İclasda istehsal kvotasının daha bir faiz azaldılması məsələsinin müzakirə edilməsi də planlaşdırılır.
Rusiyanın energetika naziri Aleksandr Novak isə deyib ki, kotirovkalarda 1 faiz azalma üçün heç bir rəsmi tələb və ya müraciət yoxdur. Lakin Monitorinq Komitəsinin iclası çərçivəsində bu məsələ gündəmə gələrsə müzakirə edilə bilər.
Qeyd edək ki, avqustda OPEC-in neft istehsalının azaldılması üzrə sazişə əməletmə səviyyəsi 82 faizə çatıb. Ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.
Cari ilin avqust ayı ərzində Azərbaycan üzrə gündəlik neft hasilatı 734,8 min barrel olub. Bunun 704 min barrelini xam neft, 30,8 min barrelini kondensat təşkil edib. Gündəlik 617,6 min barrel xam neft, 30,8 min barrel kondensat, 6,6 min barrel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də tam yerinə yetirib. Respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda isə 796,7 min barrel olub.
Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
E-ticarət: asan alış-veriş və yeni iş sahələri
19.02.2018
Rusiya ilə enerji mübadiləsi artırılacaq
19.02.2018
“Petkim“ mənfəətini ikiqat artırıb
19.02.2018
Azərbaycanda 281 mindən çox yeni iş yeri açılıb
19.02.2018
Bakı Metropoliteni Rusiya şirkətindən yeni qatarlar alır

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8435

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info