Naxçıvanın qaz təsərrüfatı yaxşılaşdırılır
Tarix: 22.09.2017 | Saat: 14:52:00 | E-mail | Çapa göndər
“Naxçıvanqaz” İstehsalat Birliyi əhalinin qış aylarında təbii qazla təminatının fasiləsizliyini təmin etmək üçün müvafiq tədbirlər görür.
AZƏRTAC xəbər verir ki, təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun texnoloji rejimdə həyata keçirilməsi üçün qazpaylayıcı stansiyalarda qızdırıcı qurğulara xüsusi texniki xidmətlər göstərilməyə başlanılıb. Qaz təsərrüfat sisteminin müasirləşməsi, istismarda olan təzyiq və qaz tənzimləyicilərinin, daşıyıcı və paylayıcı qaz kəmərlərinin, nəzarət ölçü cihazlarının, digər texnoloji avadanlıqların yenilənməsi istiqamətində işlər nəzarətə götürülüb.
Qaz verilişində itkinin qarşısının almaq məqsədilə yeraltı və istismara yararsız xətlər yoxlanılaraq yerüstü xətlərlə əvəz olunur, yararsız borular dəyişdirilir. Bu işlər Şərur rayonunun Ərəbyengicə, Qarahəsənli, Ələkli, Culfa rayonunun Dizə, Ordubad rayonunun Üstüpü, Şahbuz rayonunun Badamlı qəsəbəsində və Naxçıvan şəhərində təmir olunan yaşayış binalarında da davam etdirilir.
Şərur rayonunda Vərməziyar-Qışlaqabbas-İbadulla kənd yolunun yatağı genişləndirildiyindən buradakı qaz xətlərinin də yeri dəyişdirilir.
Qeyd edək ki, bu il avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə “Naxçıvanqaz” İstehsalat Birliyinə oktyabr ayının 20-dək qaz təchizatı sistemində texniki baxışın yekunlaşdırılması, mövcud nasazlıqların aşkar edilərək aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi tapşırılıb. Verilən tapşırıqlarla əlaqədar tədbirlər planı hazırlanaraq icrasına başlanılıb.
Kadr potensialının artırılması, qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində ixtisasartırma kurslarına işçilərin cəlb olunması da diqqət mərkəzində saxlanılır.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Belarusun nümayəndə heyəti Qəbələyə səfər edib
08.12.2017
Cəlilabadda humanitar aksiyada 150 nəfər qan verib
08.12.2017
Atabəy Eldəgəzin adı olan mis pullar tapılıb
08.12.2017
Tovuzda 170 min tona yaxın kartof toplanıb
08.12.2017
İçərişəhərdə sərgi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info