Ceyhun Bayramov: “Ali məktəblərdə təhsil alan qızların sayı artıb”
Tarix: 22.09.2017 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


“Son illərdə gender bərabərliyi üzrə aparılan məqsədyönlü tədbirlər nəticəsində ali təhsil müəssisələrində təhsil alan qızların sayında artım müşahidə edilib”. Bunu bu gün Bakıda Milli Məclis, AvroNest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfransda təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, 2016-2017-ci tədris ilində bakalvr pilləsində təhsil alan 146131 tələbədən 72302 nəfəri qız təşkil edib. 2016-2017-ci tədris ilində magistratura səviyyəsində 11 444 tələbə arasında qız tələbələrinin sayı çoxluq, yəni 6217 nəfər təşkil edir. Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 1 milyon 473 min nəfər olduğu halda, onlardan qızların sayı 677 min nəfər olub. Ölkədəki 167 min 569 müəllimdən 132 mini qadındır.
Nazir müavini qeyd edib ki, Azərbaycanda gender məsələsinin müxtəlif məsələlərinə dair bir çox araşdırmalar aparılıb və nəticələr bir çox sahələrdə, o cümlədən təhsil sahəsində tətbiq edilib.
Nazir müavini qeyd edib ki, bütün cəmiyyətlərində olduğu kimi, Azərbaycanda gender stereotipləri mövcuddur. Əksər hallarda insanlar arasında münasibət bu stereotiplər əsasında formalaşır və bu onların peşə seçiminə də təsir göstərir: “Bununla bağlı aparılan sorğunun nəticələri də bu fikri təsdiqləyir. Kişilərin 28,1 faizi qadınların isə 37,9 faizi hesab edir ki, qızlar kişi peşələrinə yiyələnməli deyillər. Sorğunun nəticələri göstərir ki, respondentlərin 50 faizi adətən kişilərin işlədiyi peşələrdə qadınların işləməsinin tərəfdarı deyillər. Müzakirələr zamanı respondentlərin əksəriyyəti qadın üçün ən ideal peşənin həkim və müəllimlik olduğunu söyləyirlər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info