«News.am»” Ermənistanda kənd təsərrüfatı məhsullarının həcmi 25 faiz azalıb”
Tarix: 22.09.2017 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


İlin birinci yarısında taxil bitkilərinin həcmindəki ümumi azalma 53,2 faiz olub

Ermənistandakı tənəzzül ölkənin bütün iqtisadi sahələri ilə yanaşı,kənd təsərrüfatından da yan keçməyib. Belə ki, az miqdarda becərdiyi məhsulu sata bilməyən erməni kəndlisi də hökumətə etiraz edir. Qeyd edək ki, ölkədə kənd təsərrüfatının effekt vermədiyini görən erməni kəndlisi hər vəchlə bu sahədən imtina etmək məcburiyyətindədir. Ailəsini dolandıra bilməyən sadə erməni kəndlisi başqa sahələrə üz tutmaq məcburiyyətində qalır. Təbii ki, bunun nəticəsi o qədər də yaxşılıqla sonunclanmır. Müqayisə üçün bir faktı xatırladaq ki, Ermənistan Milli Statistika Xidməti 2012-2016-illər arasında ölkənin kənd təsərrüfatı sahəsində çalışan kəndlilərin 100 minə qədər azaldığını etiraf etmək məcburiyyətində qalıb. Reallıq budur ki, artıq Ermənistanın əyalətlərində-ucqar kəndlərində yaşamaq çox çətinləşib. Bu əhalinin ümid yeri kimi baxdıqları ölkə bankları da artıq onlara kredit verməkdən imtina edir. Çünki onlar da erməni kəndlisinin min əziyyətlə yetişdirdiyi məhsula alıcı tapa bilməyəcəklərinə əmindirlər. Məsələnin başqa bir mühüm tərəfi isə ölkədə istehsal müəssisələrinin yoxluğu ilə bağlıdır. Yetişdirdiyi məhsula alıcı tapmayan, bununla yanaşı, bankdan aldığı kreditin günbəgün artan faizlərinə tab gətirə bilməyən sadə erməni kənlisinin bütün ümidləri tükənir.
Bəlkə də elə bunun nəticəsidir ki, avqust ayında Ermənistanda kənd təsərrüfatı məhsullarının həcmi 25 faiz azalıb. Təbii ki, məhsul faizinin azalmasını təkcə ötən avqust ayındakı aşağı göstərici ilə əlaqələndirmək doğru olmazdı. Belə görünür ki, bu tənəzzül ölkədəki kənd təsərrüfatının bütün sahələrinə sirayət etməkdədir.
Doğrudur, «News.am» saytı verilən bəzi məlumatlara istinad edərək ölkədə heyvandarlığın müsbət dəyişikliklərə doğru inkişaf etdiyini bildirir. Lakin ölkədə bu sahəyə məsul olan şəxslər özləri də heyvandarlıq istehsalının bazarın ehtiyaclarına tam cavab verməməsini etiraf edirlər. Onlar ölkədəki bitkiçilik sahəsində 6.7 faiz tənəzzül olduğunu bəyan etmək məcburiyyətində qalıblar. Belə ki, bu sahədə məhsulların fiziki həcminin aylıq dinamikası qeyri-bərabərliklə xarakterizə edilib. Ölkədə soyuq havaların düşdüyü və istixanaların rolu artdığı məqamda bu sahədəki tənəzzül daha qabarıq şəkildə özünü büruzə verir. Doğrudur, erməni rəsmiləri bu ilin əvvəlindən bəzi kənd təsərrəfatı sahələrinə, o cümlədən müasir istixana təsərrüfatlarının yaradılmasına 50 milyon dollara yaxın sərmayə qoyduqlarını bildirsələr də, hələ ki, bu sahədə müsbət dəyişikliklər gözə dəymir.
Bitkiçilikdəki tənəzzüllə bağlı deyilənlər artıq bu il məhsul mövsümünün ilk aylarında müşahidə edilməkdədir. Beləliklə, Ermənistanda ilin birinci yarısında taxil bitkilərinin ümumi həcmi 53,2 faiz azalıb. Bu azalma ölkədə yetişdirilən kartof sahəsində 23,7 faiz kimi göstərilir. Maraqlıdır ki, kənd təsərrüfatında yaşanan tənəzzülü ölkənin bu sahəyə cavabdeh olanları havaların çox isti keçməsi ilə əlaqələndirirlər. Onlar yağmursuz keçən havanın heyvandarlıqla məşğul olan fermerlərin işinə də manelər yaratdığını, onların suvarma otlaqlarına təsir etdiyini bildirirlər.
Xatırladaq ki, Ermənistanda hələ də kənd təsərrüfatı sığortası institutu fəaliyyət göstərmədiyindən, bu ildən başlayaraq yalnız pilot proqramlar həyata keçiriləcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
Ermənistan indi də nicatı Avropada axtarır
17.07.2018
Rusiya-Azərbaycan Biznes Şurasına yeni sədr seçilib
17.07.2018
Vergilər nazirinin müavini Tbilisidə regional forumda iştirak edir
17.07.2018
Sarkisyanın qardaşı oğlu insan oğurluğunda və işgəncə verməkdə ittiham olunur
16.07.2018
“1in.am”: “Paşinyan Brüssel səfərindən xeyli narazı qayıdıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9647

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info