“Azərbaycan multikulturalizmi” kitabının təqdimatı olub
Tarix: 22.09.2017 | Saat: 16:50:00 | E-mail | Çapa göndər
Sentyabrın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” dərsliyinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ali təhsil ocaqlarında tədris ediləcək “Azərbaycan multikulturalizmi” kitabı AMEA-nın həqiqi üzvü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdulla və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun elmi redaktorluğu ilə hazırlanıb. Kitab giriş, 3 bölmə və 7 fəsildən ibarətdir. Dərslik Azərbaycan universitetləri və eyni zamanda, xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənnini öyrənən tələbələr, magistrlər və doktorantlar, həmçinin Azərbaycan multikulturalizmi modelinin aktual məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulub.
Mərasimdə Kamal Abdulla və Etibar Nəcəfov çıxış edərək “Azərbaycan multikulturalizmi” fənninin artıq Azərbaycanın və xarici ölkələrin onlarla universitetlərində tədrisinin bütün dünyaya nümunə olmasından danışıblar. Qeyd edilib ki, fənnin uğurlar tədris olunmasının əsas şərtlərindən biri fənn üzrə dərsliyin hazırlanmasıdır. Bu zərurəti nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm İli” elan edilməsinə dair Tədbirlər Planında “Azərbaycan multikulturalizmi” dərsliyinin hazırlanıb nəşr etdirilməsi vəzifəsini qoyub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfəsi, hüququ, müasir siyasəti, dili, etnoqrafiyası, beynəlxalq əlaqələri üzrə tanınmış alimlərin birgə səyi ilə “Azərbaycan multikulturalizmi” dərsliyini hazırlayıb. Bu dərslik Azərbaycan multikulturalizm modelinin sistemli şəkildə, elmi cəhətdən təqdim edən ilk vəsaitdir. Üç bölmədən olan dərslikdə Azərbaycan multikulturalizm modelinin bütün əsas cəhətləri, o cümlədən onun formalaşmasının obyektiv və subyektiv səbəbləri, tarixi təkamülü, ədəbi-bədii, elmi-fəlsəfi, publisistik, siyasi və hüquqi qaynaqları, ictimai şüurun müxtəlif formalarında inikası, Azərbaycanın daxili və xarici siyasətində təzahürləri təhlil edilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Zirə, Türkan və Pirallahıda su təchizatının yenilənməsinə vəsait ayrıldı
11.12.2017
Azərbaycana 2,5 milyona yaxın xarici vətəndaş gəlib
11.12.2017
Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub
11.12.2017
“Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlığı daha da genişləndirilməlidir”
11.12.2017
Prezident Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info