Madrid Kataloniyaya əlavə polis qüvvələri göndərəcək
Tarix: 22.09.2017 | Saat: 19:14:00 | E-mail | Çapa göndər
İspaniyanın Daxili İşlər Nazirliyi regionun müstəqilliyinə dair oktyabrın 1-nə planlaşdırılan referendumun keçiriləcəyi Kataloniyaya əlavə polis qüvvələri göndərmək barədə qərar qəbul edib. TASS xəbər verir ki, bunu krallığın daxili işlər naziri Xuan İqnasio Soido Alvares bildirib. Əlavə qüvvələrin ictimai asayişi qorumaq məqsədi ilə yerli polisə yardım edəcəyi bildirilir. Onlar ictimai yerlərdə patrul fəaliyyətini həyata keçirəcək, həmçinin qanunsuz referendumun keçirilməsinə reaksiya göstərəcək. İspaniyanın mülki qvardiyası Barselonada axtarışlar aparıb və 12 nəfəri, o cümlədən Kataloniyanın iqtisadi və vergi qurumunun rəhbərini saxlayıb. Bunun ardınca İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin referendumun keçirilməsi barədə qərar qəbul etməyə imkan verən prezidium sazişini ləğv edib. Xatırladaq ki, sentyabrın 6-da Kataloniya parlamenti Madrid tərəfindən qanunsuz sayılan referendum barədə qanun qəbul edib. Ardınca plebisitin oktyabrın 1-də keçirilməsi barədə fərman imzalanıb. Bundan başqa, Kataloniya palatası müstəqillik tərəfdarlarının referendumda qələbə qazanılacağı təqdirdə İspaniyanın tərkibindən çıxma prosedurunu nizamlayacaq qanunu da qəbul edib.




 
Bölməyə aid digər xəbərlər
23.02.2018
Türkiyə prezidenti ABŞ-a meydan oxudu
23.02.2018
ABŞ-da Xocalı soyqırımının baiskarları-erməni vəhşilikləri pisləndi
23.02.2018
İspaniyada on minlərlə təqaüdçü mitinq keçirir
22.02.2018
Suriyada yeni “atəşkəs oyunu”
22.02.2018
Tramp: “Müəllimlərə silah verilsin”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8490

1 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
2 Ermənilər təlaşda: “Vəziyyət bizim üçün təhlükəli istiqamətdə dəyişir”
3 “İnfeksion xəstəliklər qarşısı daha asanlıqla alınan və müalicə olunandır, amma ...”
4 İsveçdə Azərbaycanla bağlı sərgi keçirlib
5 Yeni zellandiyalı “Formula 1” həvəskarı öz ölkəsində “Bakı” kafesi açıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info