Dünya Bankının təhsil missiyası UNEC-də
Tarix: 22.09.2017 | Saat: 19:16:00 | E-mail | Çapa göndər
Azərbaycanda səfərdə olan Dünya Bankının təhsil missiyasının nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar. UNEC-dən bildirilib ki, Dünya Bankının proqram rəhbəri Lire Ersado və baş iqtisadçıları İqor Xeyfets ilə Katia Herrera Sosa universitetin rektoru, professor Ədalət Muradovla görüşüblər. Qonaqlar bildiriblər ki, səfərin məqsədi Azərbaycanın hökumət tərəfdaşları ilə ali təhsil sektorunun ölkənin iqtisadi inkişafına töhfəsinin gücləndirilməsi imkanlarını müzakirə etmək, sektorun innovasiya və özəl sahənin inkişafı üçün hazırlığını qiymətləndirməyə təşəbbüs göstərməkdir. Onlar bu istiqamətdə görüləcək işlər üçün UNEC-in pilot universitet seçildiyini bildiriblər. Həmçinin UNEC ilə əməkdaşlığın faydalı olacağını diqqətə çatdırıblar. Belə önəmli bir missiyanın yerinə yetirilməsində UNEC-in pilot universitet kimi seçilməsindən məmnunluğunu ifadə edən Ə.Muradov əməkdaşlığa hazır olduğunu bildirib. O, qonaqlara UNEC-in tarixi, beynəlxalq əlaqələri və tədris prosesi haqqında ətraflı məlumat verib. Görüşdə universitetin biznes qurumları ilə əlaqələrindən, ilk dəfə burada yaradılan İnnovativ Biznes İnkubatorun (İBİ) fəaliyyətindən bəhs edilib. İBİ-də üç startap layihəsinin “Enactus” beynəlxalq proqramının “World Cup” yarışına vəsiqə qazanması qonaqların diqqətinə çatdırılıb. Bundan başqa, Azərbaycanda ilk dəfə UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun SOCAR-ın sifarişi əsasında həyata keçirdiyi “AzərLayt” neftinin dünya bazar qiymətinin proqrozlaşdırılması modelinin hazırlanması təqdirəlayiq hesab edilib. UNEC-dən ixraca dəstək və biznes qurumları ilə əlaqələri genişləndirmək məqsədilə görülən işlərdən bəhs edən rektor xarici ticarətə dəstək və digital marketinq mərkəzlərinin yaradıldığını bildirib. O, Xarici Ticarətə Dəstək Mərkəzinin ixrac sahəsində sahibkarların və ixracatçıların dəstəklənməsi, onlara məsləhət xidmətlərinin göstərilməsi işlərinin təşkilini həyata keçirəcəyini qeyd edib. Digital Marketinq Mərkəzinin isə qeyri-neft ixracını həyata keçirən şirkətlər üçün vaxt və maliyyə xərclərinə qənaət etməklə digital marketinq vasitəsilə xarici bazarların operativ, etibarlı və spesifik araşdırmalarını aparacağını vurğulayıb. Görüşdə UNEC ilə biznes sektorunun münasibətlərinin genişləndirilməsi və daimi xarakter alması, iş dünyasının marağına səbəb olacaq layihələrin işlənib hazırlanması istiqamətində müzakirələr aparılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
“2018-ci ildə sürətli iqtisadi inkişafın olacağı proqnozlaşdırılır”
20.10.2017
MTRŞ bir TV-yə peyk yayımı, 10 şirkətə isə İP TV yayımı üçün lisenziya verib
20.10.2017
Fazil Məmmədov Ağcabədidə vətəndaşları qəbul edib
20.10.2017
BANM 700 bal toplamış tələbələrin sayına görə liderdir
20.10.2017
İsa Həbibbəyli: “Vaqif Azərbaycan yazılı ədəbiyyatında heca vəznli şeirin yaradıcısıdır”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7540

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Yollar qovuşanda...
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info