UNEC-in Zaqatala filialının tələbələri Aİ haqqında məlumatlandırılıb
Tarix: 22.09.2017 | Saat: 19:17:00 | E-mail | Çapa göndər
“Avropa avtobus turu-2017” layihəsi çərçivəsində “Avropa avtobus turu”nun nümayəndələri UNEC-in Zaqatala filialında olublar. UNEC-dən bildirilib ki, filialın tələbələri ilə görüşən nümayəndələr onlara Avropa İttifaqı, Avropa ölkələrinin mədəniyyəti haqqında məlumat verib, təhsil imkanlarından danışıblar. Eyni zamanda, tələbələrə kiçik və orta sahibkarlıq üçün marketinq, brendinq, qeyri və sosial media marketinqi mövzusunda ustad dərsləri keçiblər. Tədbirdə Avropa İttifaqının Azərbaycanla əlaqəsi haqqında ətraflı məlumat verilib. Sonra gənclər üçün “Erasmus+”, “Avropanın gənc səfirləri” proqramlarının təqdimatları təşkil olunub. Tələbələr biznes sirlərindən bəhs edən kitabları, Avropa İttifaqının fəaliyyətini özündə əks etdirən stend və rəsm sərgilərini maraqla qarşılayıblar. Layihə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı və yerli icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilir.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Cəzaların humanistləşdirilməsinə dair dəyişikliklər qəbul edildi
20.10.2017
Naxçıvanda müəssisələr lazımi mal-materiallarla təmin edilib
20.10.2017
Naxçıvan Dövlət Universitetində elmi şuranın iclası keçirilib
20.10.2017
Naxçıvanda enerji təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır
19.10.2017
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılır

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7527

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info