Dağlıq Qarabağ münaqişəsi BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəmində
Tarix: 22.09.2017 | Saat: 19:39:00 | E-mail | Çapa göndər
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilən bir sıra görüşlərdə müzakirə mövzusu olub. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sessiyanın açılışında, eləcə də BMT rəsmiləri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı danışıb və Ermənistanın təcavüzkar siyasətini pisləyib. Bununla yanaşı, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirdiyi görüşlərində diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Belə ki, nazir Keniyanın xarici əlaqələr və ticarət naziri Amina Mohamed, Kosta-Rikanın xarici əlaqələr və etiqad naziri Manuel Qonsales Sans, Dominikan Respublikasının Xarici Əlaqələr üzrə Dövlət Katibi Miqel Varqas Maldonado, Kolumbiyanın xarici işlər naziri Maria Anxela Olgin, Sent Kitts ve Nevisin xarici işlər naziri Mark Brantley, Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov, Sent Vinsent ve Qrenadin xarici əlaqələr, biznes və ticarət naziri Luis Straker və İspaniyanın xarici əlaqələr və əməkdaşlıq məsələləri üzrə naziri Alfonso Dastis ilə ikitərəfli görüşlər keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, keçirilmiş görüşlərdə müvafiq olaraq ölkələr arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyi qeyd olunub. Bu xüsusda, qarşılıqlı rəsmi səfərlərin və Xarici İşlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. İkitərəfli müqavilə-hüquq bazasının, iqtisadi-ticarət və humanitar əlaqələrin birgə səylərlə inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.
Xarici işlər naziri Ermənistanın müxtəlif təxribatlarla münaqişənin həlli prosesini daim pozmaq cəhdləri barədə həmkarlarına müfəssəl məlumat verib
Habelə görüşlərdə sözügedən ölkələrlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və seçkili orqanlarda qarşılıqlı dəstək məsələlərinə toxunulub.
Görüşlərdə tərəflər arasında BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran aktual məsələlər müzakirə olunub.
Görüşlər əsnasında nazir Elmar Məmmədyarov Azərbaycan və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalı, Ermənistanın müxtəlif təxribatlarla münaqişənin həlli prosesini daim pozmaq cəhdləri və işğala əsaslanan status-kvonu saxlamaq siyasəti barədə həmkarlarına müfəssəl məlumat verib, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu deyib. Elmar Məmmədyarov münaqişənin həllində Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli və haqlı mövqeyinin bütün beynəlxalq ictimaiyyət, o cümlədən görüş keçirən ölkələr tərəfindən daim dəstəklənməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Kolumbiya tərəfi ilə keçirilmiş görüşdə Azərbaycan tərəfdən nazir Elmar Məmmədyarov, Kolumbiya tərəfdən nazir Maria Anxela Olgin “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında idmanın və mədəniyyətin təşviqinə dair” Bəyannaməni imzalayıblar.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilmiş GUAM-ABŞ görüşündə iştirak edib. Görüşün yekunu olaraq, GUAM-ABŞ Birgə Bəyannaməsi qəbul edilib. Bəyannamədə GUAM-ın ABŞ-la faydalı və nəticəyönümlü əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu bildirilir.
Həmçinin regionda sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığın qorunub-saxlanmasının geniş regional kontekstdə bütün dövlətlər üçün ortaq təhlükəsizlik məkanının yaradılması istiqamətində birgə səylərin mühüm elementi olduğuna dair ortaq mövqe bir daha bəyan edilir.
Bəyannamədə GUAM regionunda münaqişələrin sülh yolu ilə nizamlanması istiqamətində irəliləyişin labüdlüyü vurğulanır və GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyünə sadiqlik bir daha bəyan edilir. Həmçinin GUAM-a üzv dövlətlərin məruz qaldığı gücdən istifadə təhdidinin əsas narahatlıq olaraq qaldığı bildirilir.
Sənəddə BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə hörmət etməyə dair öhdəliklər və ATƏT-in fundamental sənədlərinə sadiqlik bir daha xatırlanılır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilmiş GUAM-Yaponiya Nazirlər Şurasının iclasında da iştirak edib. İclasın yekunu olaraq, “GUAM-Yaponiya Mətbuat Açıqlaması” qəbul edilib. Mətbuat açıqlamasında tərəflər BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərini bir daha təsdiq ediblər.
Həmçinin tərəflər regional və beynəlxalq müstəvilərdə sülh, təhlükəsizlik və sabitliyin təmin olunması məqsədi daşıyan GUAM-Yaponiya əməkdaşlığının əhəmiyyətini vurğulayıblar, ticarət və sərmayə qoyuluşu, enerji, fövqəladə hallar, turizm, nəqliyyat, mədəniyyət, kənd təsərrüfatı, səhiyyə və ətraf mühit sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni layihələrin icrasının vacibliyini qeyd ediblər.
“Ermənistan işğal edilmiş ərazilərimizdə məskunlaşma siyasəti aparır”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ötən gün Bakıda Milli Məclis, AvroNest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda da müzakirə edilib.
Konfransda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, Azərbaycan Avropa İttifaqının (Aİ) etibarlı tərəfdaşıdır və Aİ ilə ümumi maraqlara söykənən əməkdaşlığa önəm verir. Onun sözlərinə görə, Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşıdır:"Mövcud əməkdaşlığın daha da genişləndirilməsi hər iki tərəfin maraqlarına xidmət edir. Ermənistan Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının üzvü olaraq, torpaqlarımızın beşdə birini işğal altında saxlayır. Ermənistan işğal altındakı torpaqlarımızda abidələrimizi, məscidlərimizi talan edir. Ermənistan işğal edilmiş ərazilərimizdə məskunlaşma siyasəti aparır, demoqrafik vəziyyətin dəyişməsinə çalışır. Xarici ölkələr bu siyasətə uymamalıdır”.
X.Xələfov qeyd edib ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır: “Biz səylərimizin dünya birliyi tərəfindən dəstəklənəcəyinə ümid edirik.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Ermənistanın Dağlıq Qarabağ yalanları BMT-də növbəti dəfə ifşa olunub
19.10.2017
“Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişənin tənzimlənməsi mümkün ola bilməz”
18.10.2017
“Minsk qrupu həmsədrlərindən xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi üzrə təklif var”
17.10.2017
Cenevrə görüşü Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə necə təsir edə bilər?
16.10.2017
ABŞ Helsinki Komissiyasının keçirəcəyi dinləmələrin arxasında nə dayanır?

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7536

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info