Milli Məclislə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında protokol imzalanıb
Tarix: 22.09.2017 | Saat: 19:59:00 | E-mail | Çapa göndər
Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin sədri Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun səfərinin ölkələrimizin parlamentləri arasında əməkdaşlığın inkişafında yeni səhifə açacağını deyib. O, əlaqələrin genişləndirilməsində bu cür qarşılıqlı səfərlərin, görüşlərin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycan ilə Rusiyanın regionları arasında əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu bildirən Oqtay Əsədov deyib: “Hazırda Rusiyanın 70 federasiya subyekti ilə ikitərəfli ticari-iqtisadi əlaqələrimiz mövcuddur. 20 subyekt ilə müxtəlif sənədlər imzalanıb. Bu gün biz iki tərəfli sənədi imzalayacağıq. Bu sənəd Sankt-Peterburq Qanunvericilik Məclisi ilə bizim əlaqələrimizin başlanğıcı olacaq”. Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu bildirib. Qeyd edib ki, beynəlxalq həyatda mövcud olan aktual və mürəkkəb problemlərin həllində Azərbaycan və Rusiyanın baxışları üst-üstə düşür. Bu əlaqələr ilk növbədə gələcək nəsillər üçün qurulur və inkişaf etdirilir. Sonra “Tərəflər arasında danışıqların yekununa dair” protokol imzalanıb.




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
“2018-ci ildə sürətli iqtisadi inkişafın olacağı proqnozlaşdırılır”
20.10.2017
MTRŞ bir TV-yə peyk yayımı, 10 şirkətə isə İP TV yayımı üçün lisenziya verib
20.10.2017
Fazil Məmmədov Ağcabədidə vətəndaşları qəbul edib
20.10.2017
BANM 700 bal toplamış tələbələrin sayına görə liderdir
20.10.2017
İsa Həbibbəyli: “Vaqif Azərbaycan yazılı ədəbiyyatında heca vəznli şeirin yaradıcısıdır”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7535

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info