“Məqsədim seçicilərimin səsini və ümidini doğrultmaqdır”
Tarix: 25.09.2017 | Saat: 19:34:00 | E-mail | Çapa göndər
Rəfi Orucov:
“Gürcü arzusu” Partiyası olaraq bizim əsas hədəfimiz ölkəmizin günü-gündən çiçəklənməsi və inkişafı üçün çalışmaqdır”
Müsahibimiz Rəfi Orucov dinamik, gənc kadrdır. O, Gürcüstanın Qardabani rayonunun Qaracalar kənd orta məktəbini bitirib və 2007-ci ildə Moskva Dövlət Universitetinin Gürcüstan filialında Hüquq ixtisası üzrə təhsil almağa başlayıb. 2011-ci ildə isə ali təhsilini başa vurub. Əmək fəaliyyətinə mühafizə xidmətində başlayan həmyerlimiz, 2013-cü ildə Qardabani icra strukturlarında hüquqşünas kimi çalışıb. 2014-cü ildə Qardabani rayonu Qaratəhlə kəndində "Gürcü arzusu” Partiyasının Niçveli blokundan yerli özünüidarəetmə orqanına namizədliyini verib və 87 faizlə qələbə qazanıb. Bir müddətdən sonra bələdiyyə sədrinin müavini seçilib. Hazırda hakim “Gürcü arzusu” partiyasının Qardabani rayon Qaratəhlə kəndindən deputatlığa majoritar namizəd kimi təqdim olunub. Regionda və azərbaycanlıların sıx yaşadığı bölgədə seçkiöncəsi ab-hava və təşviqat-təbliğat prosesinin necə getməsilə bağlı gənc həmvətənimizlə söhbət etdik.
-Hazırda seçkilərin hansı mərhələsidir və seçkiöncəsi ab-havanı necə qiymətləndirirsiniz?
-Bildiyiniz kimi, oktyabr ayının 21-i Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Partiyanın qərarı ilə mən də, artıq ikinci çağırışdır ki, seçkilərdə majoritar namizəd olaraq Qardabani rayonu Qaratəhlə kəndindən iştirak edirəm. Hazırda hər bir munisipalitetdə (bələdiyyə-red.) seçkiöncəsi təbliğat-təşviqat kampaniyası aparılır, əhali ilə görüşlər təşkil olunur. Biz yalnız seçkiöncəsi deyil, müntəzəm şəkildə bu cür görüşləri keçirir, əhalinin problemləri və qayğıları ilə maraqlanır, onların həlli üçün səylər göstəririk. Seçkiöncəsi isə bu görüşlər daha yığcam və məqsədyönlü olur. Əhali ilə görüşlər zamanı məlum olur ki, insanlar azad və demokratik seçkilərə olduqca məsuliyyətlə yanaşırlar. Bu isə çox önəmli məqamdır, vətəndaşlar dəyərli səslərini layiqli namizədə vermək üçün namizədlərlə görüşür, onları narahat edən məsələləri müzakirə edir və namizədin kimliyilə maraqlanırlar.
-Vətəndaşları narahat edən problemlərin həlli nə dərəcədə yerinə yetirilir?
-Həm seçkiöncəsi görüşlərdə, həm də işlədiyimiz müddətdə vətəndaşları qəbul edərkən, onlarla ünsiyyətdə olarkən munisipalitet və namizəd olduğum kəndin mövcud olan problemlərilə maraqlanırıq. Ötən seçkilərdən 4 il ötüb və yola saldığımız 4 il müddətində qarşımıza qoyduğumuz bir çox problemin və məsələlərin həllinə nail ola bilmişik. Həyat olan yerdə hər zaman problemlər də olur, bu təbii haldır, bu gün qaldırılan məsələlər yeni yaranmış problemlərdir, onların həlli üçün isə biz də əlimizdən gələni edəcəyimizə söz veririk. Dövləti vətəndaşlar təşkil edir, məmurlar və vəzifə sahiblərini vətəndaşlar seçir, o üzdən də bizlər onların etimadını doğruldaraq vəzifəmizi tam məsuliyyət və vicdanla yerinə yetirməliyik.
-Gənclərin seçkilərdə aktivliyi hansı səviyyədədir?
-Ölkəmizdə gənclər siyasətinə və gənclərin inkişafına çox böyük diqqət ayrılır. Nəzər yetirsək, hər bir dövlət və qeyri-dövlət strukturlarında gənc kadrlardan istifadə olunur, bu, eyni zamanda siyasətdə də elədir. Bu isə gənclərə yaxşı təhsil almaları və üzərlərində işləmələri üçün çox böyük stimuldur. Seçkilərdə təqdim olunan namizədlərin əksəriyyəti gənclərdir, partiyanın gənclər qoluna üzv olan və olmaq istəyən minlərlə gənc var. Qardabani rayonu üzrə partiyamızın təqdim etdiyi namizədlərin əksəriyyəti gənclərdir. Onu xüsusi qeyd etmək istərdim ki, təqdim olunan namizədlərin içində azərbaycanlı gənclər də yer alıb. Sağlam düşüncəli və ruhlu gənclərimizin ölkənin ictimai-siyasi həyatındakı fəallığı yalnız ölkənin inkişafına gətirib çıxarır.
-Seçkilərlə bağlı əhali arasında nə kimi maarifləndirmə işləri aparılır?
-Əhalinin seçki prosesində fəallığının artırılması üçün bir sıra QHT və digər təşkilatlar tərəfindən görüşlər, seminarlar və tədbirlər həyata keçirilir. Seçib-seçilmə yaşı yeni tamam olmuş gənclərlə, qadınlarla təşkil olunan görüşlərdə hər bir vətəndaşın səsinin önəmli olması vurğulanır.
-Bildiyimizə görə, siz Qardabani bələdiyyə sədrinin müavini və bu gün namizəd olduğunuz bölgənin deputatı olaraq çalışırsınız. Bu müddət ərzində əhalinin hansı əsas problemləri həll edilib?
-Bilirsiniz ki, bölgəmizin insanlarının bir çoxu kənd təsərrüfatı ilə məşğul olur, kəndlərdə suvarma sisteminin reabilitasiyası istiqamətində işlər bu günədək davam edir, mərkəzi və daxili yolların asfaltlaşdırılması prosesi və yolkənarı işıqlandırma sisteminin qurulma prosesi, demək olar ki, tamamlanıb, hər bir kəndimizdə qazlaşdırma prosesi, demək olar ki, bitib. Təhsil ocaqlarının təmiri, yenidən qurulması, tikintisi prosesi bir çox kəndlərimizdə bitib. Bu işlərin reallaşması üçün hamımız əlimizdən gələni edirik. Gürcüstan parlamentin Qardabanidən seçilən majoritar deputatı Savalan Mirzəyev rayonun inkişafı üçün bir çox işlər görərək təşəbbüslər irəli sürür. Misal olaraq, Qaratəhlə kəndində SOCAR tərəfindən yüksək səviyyəli idman zalı inşa olundu və bu da gənclərin sağlam böyüməsi üçün atılan önəmli addımdır. Yaxında yüksək təhsil standartlarına uyğun məktəbəqədər təhsil ocağı, uşaq bağçasının tikintisinə start vermişik. Şəxsən mənim ən çox gözlədiyim layihələrdən biri də elə uşaq bağçasının inşası idi, düşünürəm ki, təhsilin bünövrəsi elə bağçalardan başlayır. Şübhəsiz ki, bu və digər layihələrin və görülən işlərin hamısı dövlət proqramları çərçivəsində reallaşmaqdadır. Bu işlərin keyfiyyətli həyata keçməsində hər kəs səfərbərdir.
-Sizin seçki platformanız nədən ibarətdir?
-“Gürcü arzusu” Partiyası olaraq bizim əsas hədəfimiz ölkəmizin günü-gündən çiçəklənənməsi, inkişafı üçün çalışmaqdır. Əsas daxili siyasətin uğurlu qurulması, demokratik dəyərlərə söykənən cəmiyyətin və dövlətin inkişafı, vətəndaşların firavan yaşaması və gənclərin inkişafıdır. Bilirsiniz ki, Gürcüstan Avropaya inteqrasiya mərhələsindədir, bu istiqamətdə aparılan islahatlar əhali tərəfindən müsbət qarşılanır və biz bu yolda birlikdə addımlayırıq. Seçkiöncəsi görüşlərdə qaldırılan problemlərin tez bir zamanda aradan qaldırılması, kəndlərdə təhsil keyfiyyətinin artırılması, kənd təsərrüfatı ilə bağlı dövlətin həyata keçirdiyi islahatların bölgədə intensiv şəkildə reallaşması, gənclərin inkişafı istiqamətində addımların atılması və s. kimi məsələlər mənim seçki platformama və gələcək iş planıma daxil olan məsələlərdir. Şəxsən mənim məqsədim isə daşıdığım məsuliyyəti layiqincə yerinə yetirərək seçicilərimin səsini və ümidini doğrultmaqdır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
18.10.2017
“Həyat 50 yaşdan sonra başlayır”
18.10.2017
“Türkiyə pomidorunun Azərbaycandan Rusiyaya təkrar ixracı barədə deyilənlər həqiqətə uyğun deyil”
17.10.2017
“Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
17.10.2017
“Əli Kərimlinin ağlı yoxdur”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7536

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info