Belarusun Qrodno şəhərinin rəhbərliyi Qəbələyə gələcək
Tarix: 26.09.2017 | Saat: 11:53:00 | E-mail | Çapa göndər
Belarus Respublikasının Qrodno şəhərində “Evroregion “Neman-2017” universal sərgi yarmarkası və şəhərin 889-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilib. Tədbirlərə Qrodno şəhəri ilə qardaşlaşmış Qəbələ rayonunun rəhbərliyi də dəvət olunub.
Azərbaycanın Belarusdakı səfirliyindən bildiriblər ki, tədbirlərdə iştirak etmək üçün səfir Lətif Qəndilov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Qrodno şəhərinə səfər edib. Səfərin ilk günündə nümayəndə heyətimizin üzvləri Qrodno şəhərindəki tarixi və mədəniyyət abidələri ilə tanış olublar.
Qrodno vilayətinin qubernatoru Vladimir Kravçov nümayəndə heyətlərinin başçılarını qəbul edib. Görüşdə Belarusda akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları – Qırğızıstanın və Slovakiyanın səfirləri, Rusiyanın Brestdəki baş konsulu, bu ölkənin ticarət nümayəndəliyinin başçısı, Macarıstanın ticarət müşaviri, Ukrayna səfirliyinin müşaviri, Polşa sərhədyanı bölgələrinin nümayəndələri, Lətif Qəndilov, Səbuhi Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.
Qubernator V.Kravçov çıxışında uğurlu əməkdaşlıq imkanları və yeni müqavilələrin imzalanmasını arzulayıb.
Sonra “Qrodno sərhədlərin kəsişməsində” adlı Beynəlxalq İnvestisiya Forumunun plenar iclasının açılışı olub. Plenar iclasda Qrodno vilayətinin qubernatoru V.Kravçov, Belarus Respublikası Prezidentinin köməkçisi - Qrodno vilayəti üzrə kurator Sergey Rovneyko, iqtisadiyyat nazirinin müavini Pavel Utyupin və digər dövlət orqanlarının təmsilçiləri çıxış ediblər. İclasdan sonra Qrodno şəhəri ilə Çin, Rusiya, Rumıniya, Litva, Estoniyanın şəhərləri arasında ikitərəfli əməkdaşlıq haqqında sazişlər imzalanıb.
Forum başa çatdıqdan sonra qubernator iştirakçı dövlətlərin nümayəndələri ilə birlikdə “Evroregion “Neman-2017” universal sərgi-yarmarkanın rəsmi açılış mərasimində iştirak edib. Ənənəvi olaraq hər il keçirilən sərgi-yarmarka 4 ölkənin - Rusiya, Belarus, Litva və Polşanın təşəbbüsü ilə təşkil edilib. Builki sərgiyə 15 ölkədən 400-dən çox iştirakçı qatılıb, 1,2 hektarlıq sahədə 150 pavilyon qurulub. Sərgidə Rusiyanın Komi, Kalininqrad, Kursk, Nijeqorodsk və Tambov vilayətlərinin, Çinin Qansu əyalətinin, Polşanın Podlyansk və Nijneselezkova quberniyalarının, Litvanın Alitusk, Druskeninkay və Kaunas rayonlarının, Rumıniyanın Mureş rayonunun, Qazaxıstanın Jambılsk vilayətinin nümayəndə heyətləri iştirak ediblər. Azərbaycanı bu sərgidə “Gilan Holding” şirkəti təmsil edib.
Açılışdan sonra V.Kravçov dövlət rəsmiləri ilə birlikdə stendləri gəzib, o cümlədən ölkəmizin stendini ziyarət edib. S.Abdullayev qubernatora ölkəmizin turizm imkanları və “Gilan Holding” şirkəti barədə ətraflı məlumat verib.
Ölkəmizə aid stenddə “Gilan” şirkətinə məxsus müxtəlif çeşidli şirələr, şərablar və çoxlu sayda digər kənd təsərrüfat və yeyinti sənayesi məhsulları nümayiş etdirilib, Azərbaycanın turizm imkanlarını əks etdirən jurnallar və bukletlər təqdim olunub. Azərbaycan stendi sərgidə ən gözəl stendlərdən biri kimi qiymətləndirib. Belə ki, bu stenddə, həmçinin sərgiyə qoyulmuş məhsulların geniş dequstasiyası da təşkil edilib.
Azərbaycan nümayəndə heyəti Qrodno şəhərinin 889-cu il dönümünə həsr edilmiş tədbirlərdə də iştirak edib.
Lətif Qəndilov və Səbuhi Abdullayev Qrodno vilayətinin qubernatoru Vladimir Kravçov və Qrodno şəhərinin meri Meçislav Qoy ilə ayrıca ikitərəfli görüşlər də keçiriblər. Görüşlər zamanı S.Abdullayev tərəfindən hər iki rəsmiyə hədiyyələr, o cümlədən Qrodno şəhərinin xalça üzərində toxunmuş gerbi təqdim olunub. V.Kravçov və M.Qoy Azərbaycanla istehsal və turizm sahələrində əməkdaşlığa hazır olduqlarını bildiriblər. Azərbaycan investorları Qrodnoya sərmayə qoymağa dəvət ediliblər. S.Abdullayev və L.Qəndilov gələn il Qrodno şəhərinin 890 illik yubiley tədbirlərində iştiraka dəvət olunublar.
S.Abdullayev Qrodno rəhbərliyini onlara uyğun olan tarixdə Qəbələyə dəvət edib. Hər iki tərəf dəvəti qəbul edib.




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
“ABŞ-ın Avropadakı nüvə silahları geri qaytarılmalıdır“
20.10.2017
Putin: “Avropa Ukraynadakı terroru dəstəklədi”
19.10.2017
”Armenianreport.com”: ”Rusiyaya məxsus Cənubi Qafqaz Dəmir Yolu şirkəti Ermənistanı soyur”
19.10.2017
Moskvada 100-dən çox insanı öldürən erməni sürücünün atası da eyni cinayətdə ittiham olunur
18.10.2017
Rusiya dekabrın 1-də Türkiyədən pomidor idxalına başlayacaq

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7527

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info