“İş yerinə dair arayış“ elektron xidmətinə müraciətlərin sayı çoxalıb
Tarix: 26.09.2017 | Saat: 11:57:00 | E-mail | Çapa göndər
Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "İş yerinə dair arayış" elektron xidmətinə 30 752 müraciət qeydə alınıb ki, bu da cari ilin iyun ayı ilə müqayisədə 32%, əvvəlki iyul ayına nisbətən 16,3% çoxdur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilin 8 ayında isə həmin e-xidmətə ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,7% çox olmaqla, 192 022 dəfə müraciət olunub.

Qeyd olunan e-xidmətdən istifadə təlimatı da sadədir. İş yerinə dair arayış əldə etmək üçün istifadəçi “Elektron hökumət” portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan xidmətlər siyahısından “İş yerinə dair arayış” xidmətini seçir. Bu e-xidmətə daxil olduqda müvafiq menyular ekranda əks olunur. “Yeni arayış” menyusu seçilir. Bu zaman istifadəçinin qüvvədə olan əmək müqaviləsi bildirişləri ekranda əks olunur. İstifadəçi arayış hazırlamaq istədiyi əmək müqaviləsi bildirişini seçir və “Davam et” əmrini seçir. Növbəti mərhələdə arayışın hazırlanması ilə bağlı tələb olunan məlumatlar daxil edilir. Arayışın növü seçilir. Burada “İş yerindən arayış” və ya “Əmək haqqı göstərilməklə iş yerindən arayış” seçimlərindən biri seçilə bilər. Son etibarlılıq tarixi daxil edilir. Arayışın təyinatı istifadə məqsədinə uyğun olaraq təqdim edilən siyahıdan seçilir. Bu arayış konkret quruma təqdim edilmək üçün və ya ümumi təyinatlı ola bilər. İstifadəçi onun üçün formalaşdırılmış arayışı çap edərək kağız formasında və ya hər hansı quruma elektron qaydada təqdim edə bilər.

2014-cü ilin iyul ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin tətbiq olunması həmin ilin dekabr ayından “İş yerinə dair arayış” e-xidmətinin də istifadəyə verilməsinə imkan verib. Bu isə ölkəmizdə kağız arayışların e-arayışlarla əvəz olunması prosesini əhəmiyyətli şəkildə sürətləndirməklə, bu növ arayışların alınması və təqdim olunması prosedurunun müasir qaydada, həm vətəndaşlar, həm də arayışı qəbul edən qurumlar üçün rahat və sadə şəkildə təşkilinə, həmçinin bu sahədə şəffaflığın yaranmasına səbəb olub.

“E-hökumət” portalındakı “Arayışlar” bölməsində 17 növdə e-arayış xidməti fəaliyyət göstərir ki, ötən dövrdə bu bölmə üzrə ümumi müraciətlərin 49,3 faizi (670 minə yaxın müraciət) “İş yerinə dair arayış” elektron xidmətinə aid müraciətlərdən ibarət olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
“Azəriqaz” “ASAN xidmət” vasitəsilə 26 minədək istehlakçıya xidmət göstərib
11.12.2017
“Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması”
11.12.2017
Salyan və Neftçalada 14 ev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib
11.12.2017
Statistika Komitəsində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
11.12.2017
Elmi Bərpa Mərkəzinin əməkdaşları təltif olunub

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info