Yunanıstanda KİV-lər tətil edir
Tarix: 26.09.2017 | Saat: 12:58:00 | E-mail | Çapa göndər
Həmkarlar İttifaqının qərarı ilə Yunanıstanın bütün kütləvi informasiya vasitələri (KİV) 24 saatlıq tətil edir.
Trend-in məlumatına görə, bu addımla əlavə sosial sığorta sisteminin saxlanması, KİV əməkdaşlarının əmək və sosial hüquqlarının pozulmasının dayandırılması tələb olunur. Beləliklə, sentyabrın 27-si səhər saat 06:00-dək radio və televiziyalarda xəbər buraxılışı olmayacaq, saytların əksəriyyəti işləməyəcək.
Həmkarlar İttifaqının bəyanatında bildirilir ki, əlavə sığorta və yardım üzrə vahid jurnalist təşkilatı - EDOEAP-ın saxlanması üçün hökumət və işəgötürənlərlə bir il davam edən danışıqlar nəticə verməyib. Bu fondun sayəsində jurnalistlər əlavə pensiya, zərurət yarandığı halda birdəfəlik maliyyə yardımı, tibbi sığorta alırdılar. Son illərdə maliyyə böhranı səbəbindən fond çətinliklər yaşayır və onun saxlanması üçün vəsait lazımdır. Həmkarlar İttifaqı bildirir ki, işəgötürənlər fondun işinə mane olur və EDOEAP-a ödəniş etmirlər. Digər tərəfdən, hökumət məsələ ilə əlaqədar qərar qəbul etmir.
Tətil edən KİV əməkdaşları mətbuat azadlığı da tələb edirlər.




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
“İŞİD”ə qoşulan azərbaycanlı qadınlara ömürlük həbs cəzası verilib
19.02.2018
Tillerson Rusiyaya qarşı yeni sanksiyaların mümkünlüyünü bildirib
16.02.2018
Türkiyə və ABŞ-ın arasında “Menbic düyünü”
16.02.2018
“İtaliya memarları “Yanardağ“da kompleks inşası ilə bağlı layihə hazırlayıblar”
16.02.2018
Tillerson-Ərdoğan görüşü məhsuldar olub

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8435

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info