Xaricdə Yaşayan Azərbaycanlı İdmançılar Birliyi yaradıldı
Tarix: 26.09.2017 | Saat: 13:28:00 | E-mail | Çapa göndər
İngiltərədə Xaricdə Yaşayan Azərbaycanlı İdmançılar Birliyi yaradılıb. Bu haqda qurumun rəhbəri - kikboks üzrə dünya çempionu Hafiz Baxşəliyev özünün “Facebook” səhifəsində məlumat verib: "Bu yaxınlarda, belə bir ideya irəli sürüldü. Biz də bu gözəl təklifi dəyərləndirib Xaricdə Yaşayan Azərbaycanlı İdmançılar Birliyi yaratdıq. Məsləhət gördülər ki, birliyin sədri mən olum. Məqsədimiz Azərbaycandan kənarda idman sahəsində fəaliyyət göstərən soydaşlarımızla sıx əlaqə qurmaq və bir-birimizə dəstək olmaqdır. Yəqin ki, quruma xeyli həmvətənimiz üzv olacaq. Dəqiq sayını deyə bilmərəm, amma hazırda yarışlarda iştirak edənlərlə yanaşı, veteran və yeniyetmə idmançılarımız da var. Əsas məqsədlərimizdən biri də, xarici ölkələrdə keçirilən beynəlxalq yarışlarda Azərbaycan idmançılarını yaxından dəstəkləməkdir". Qeyd edək ki, sözügedən qurumun mərkəzi London şəhərində yerləşəcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
10.12.2017
Azərbaycan Gimnastika Federasiyasına yeni baş katib seçilib
10.12.2017
Marselo vergidən yayındığını etiraf edib
08.12.2017
“Neftçi“də yeni məşqçi
08.12.2017
“Avro-2020”: Bakıda “A” qrupunun oyunları keçiriləcək
08.12.2017
PSJ yayda Emerini göndərəcək

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7894

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info