“Beynəlxalq Turizm Günü” adlı festival keçiriləcək
Tarix: 26.09.2017 | Saat: 13:31:00 | E-mail | Çapa göndər
27 sentyabr-Ümumdünya Turizm Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qız qalası meydanında “Beynəlxalq Turizm Günü” adlı festival keçiriləcək. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, festivalda İndoneziya, Türkiyə, Hindistan, Özbəkistan, Meksika, İran, Macarıstan, Koreya, Yunanıstan, Polşa və digər ölkələrin səfirlikləri iştirak edəcək.
Festivalın keçirilməsində əsas məqsəd mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdən ibarətdir. Belə ki, tədbir iştirakçı ölkələrin milli adət-ənənələri, zəngin mədəniyyəti, tarixi, həmin ölkələr və onların Azərbaycandakı fəaliyyətləri ilə şəhərimizin sakinlərini yaxından tanış etməklə yanaşı, İçərişəhərin turizm potensialını, o cümlədən Azərbaycan mədəniyyəti və tarixinin dünyada tanıdılmasını təmin etmək məqsədi daşıyır.
Festivalda iştirak edən ölkələr öz stendlərində ölkələri və Azərbaycandakı fəaliyyətləri barədə təqdimat edəcəklər. Şəhər sakinləri və xarici qonaqlar həmin çadırlara yaxınlaşaraq müxtəlif ölkələrin mədəniyyətləri, tarixləri, mətbəxləri və milli xüsusiyyətləri barədə əyləncəli və maraqlı məlumatlar ala biləcəklər. Həmçinin həmin ölkədə təhsil imkanlarının əks olunduğu kitablar, bukletlər, broşürlər və ölkəyə məxsus suvenirlər təqdim ediləcək.
Qeyd edək ki, Ümumdünya Turizm Təşkilatının Baş Qərargahı tərəfindən 1979-cu ildə təsis edilən Ümumdünya Turizm Günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Ulu öndər mədəniyyəti hər zaman xalqın böyük sərvəti hesab edib
11.12.2017
“YARAT”da yeni film - “Buludlar səmanı tərk edirlər“
10.12.2017
Bu il kimlər Nobel Mükafatına layiq görüldülər?
10.12.2017
Osloda Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib
08.12.2017
“Muğamat var olan yerdə” layihəsi çərçivəsində növbəti konsert

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7900

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info