Yeni Dövlət Proqramı, yeni imkanlar
Tarix: 26.09.2017 | Saat: 14:14:00 | E-mail | Çapa göndər
Ilkin Mustafayev |

Bu gün ölkəmizdə dövlət siyasətinin əsas tərkib hissələrindən birini gənclərlə iş təşkil edir. Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Prezidentin 1994-cü il 26 iyul tarixli fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və müxtəlif illərdə qəbul olunmuş Azərbaycan Gəncliyi haqqında Dövlət proqramları (2005-2009, 2011-2015, 2017-2021-ci illər), habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən edib.
Ümummilli liderimiz Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı onların istər elm, mədəniyyət, istərsə də idman sahəsində getdikcə çoxluq təşkil etməsinə zəmin yaratdı. Ulu öndər gəncliyin inkişafı dövrünü belə xarakterizə etmişdi: “Ölkəmizdə 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi yaradılmışdır. Çoxsaylı gənclər təşkilatları yaradılmışdır. Beləliklə, gənclər həyatın bütün sahələrində iştirak edirlər. Parlamentdə də seçkilərdən-seçkilərə gənclərin sayı artır, həmçinin, bu say dövlət idarəetmə orqanlarında gözə çarpır. Bu isə çox müsbət meyardır, çünki bütün bu adamlar təxminən 20-30 ildən sonra ölkəmiz üçün məsuliyyət daşıyacaqlar”
Prezident İlham Əliyev tərəfindən 2017-ci il sentyabrın 15-də “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanıb. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə təsdiq olunan bu proqram dövlətin gənclər siyasətinin nə qədər geniş spektrli olmasının bariz nümunəsidir. Proqramın əsas məqsədi gənclərin hərtərəfli inkişafı üçün şərait formalaşdırmaq, ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin ideya və təşəbbüslərini dəstəkləmək, gənclərə xidmət göstərən dövlət müəssisələrinin (Gənclər evləri və mərkəzlərinin) fəaliyyətini inkişaf etdirmək, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoq proqramlarında iştirakını dəstəkləmək, həmçinin, gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığını və iştirakını stimullaşdırmaqdır.
Respublikada fəaliyyət göstərən gənclər təşkilatlarından biri də Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır (ATGTİ). İttifaq 2009-cu ildə təsis edilib və yarandığı gündən respublikada fəaliyyət göstərən 100-ə yaxın ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə-Gənclər Təşkilatlarını özündə birləşdirir. Bu təhsil müəssisələrinə həm paytaxt, həm də regionlar daxildir. ATGTİ-nin məqsədi təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
Ötən proqramların icrası nəticəsində biz Azərbaycan tələbələrinin sosial rifahının yaxşılaşdırılması üçün Azərbaycan Tələbə Kartının ərsəyə gəlməsini qeyd edə bilərik. Azərbaycan Tələbə Kartı Gənclər və İdman, Təhsil nazirlikləri, ATGTİ və Avropa Gənclər Kartının (EYCA) birgə təşkilatçılığı ilə həyata keçirilən layihədir. Bu kart öz sahibinə respublikanın 200-dən çox, Avropanın 80000-ə yaxın məkanlarında müxtəlif endirimlər təklif edir. Həmçinin, Azərbaycan Tələbə Kartı vasitəsilə tələbələr tezliklə nəqliyyat vasitələrindən də güzəştli istifadə etmə şansı da əldə edə biləcəklər. Hazırda, bu istiqamətdə bir sıra dövlət qurumları, həmçinin, nəqliyyat şirkətləri ilə danışıqlar gedir. Danışıqların nəticəsinin müsbət olacağına inanırıq.
Təbii ki, bütün bunlar gənclərimizə göstərilən qayğının nəticəsidir. Prezidentin gənclərlə hər dəfə görüşündə bu cür qayğı ilə onlara yanaşması hər birimizdə qürur hissi oyadır. Azərbaycan gənci başa düşür ki, onun arxasında Azərbaycan dövləti və respublikanın Prezidenti dayanıb.
İttifaq yarandığı vaxtdan etibarən dövlətin gənclər siyasətində yaxından iştirak edib və hər zaman Azərbaycan gəncliyinin inkişafına dəstək olub. Ötən dövlət proqramları kimi yeni qəbul olunmuş “Azərbaycan Gəncliyi 2017-2021- ci illərdə” Dövlət Proqramı çərçivəsində də ATGTİ üzərinə düşən vəzifələrin layiqincə öhdəsindən gəlməsi üçün çalışacaq.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7549

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info