Qənirə Paşayevaya Kırşehir vilayətinin fəxri vətəndaşı statusu verilib
Tarix: 26.09.2017 | Saat: 14:52:00 | E-mail | Çapa göndər
Millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayevaya Kırşehir vilayətinin fəxri vətəndaşı statusu verilib.
Millət vəkilinə fəxri vətəndaşlıq Kırşehir bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən verilib.
Kırşehir bələdiyyə başqanı Yaşar Bahceci bildirib ki, Q.Paşayeva Türk dünyası üçün göstərdiyi xidmətləri, beynəlxalq arenada çıxışlarında hər zaman Türkiyəyə dəstəyi, Kırşehirin tanıdılmasındakı xidmətlərinə, Azərbaycanla Türkiyə arasında, Azərbaycanla Türkiyənin Kırşehir vilayəti arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Kırşehirin fəxri vətəndaşlığına layiq görülüb.
Fəxri vətəndaşlıq haqqında qərarı Q.Paşayevaya Kırşehirdə Türkiyənin Baş naziri Binəli Yıldırım təqdim edib. Millət vəkilini təbrik edən Baş nazir xoş sözlərini söyləyib və qardaş Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi diqqət göstərdiklərini bildirib.
Q.Paşayeva ona göstərilən bu etimadı yüksək qiymətləndirərək onu bu şərəfli ada layiq görən Kırşehir bələdiyyə məclis üzvlərinə və bələdiyyə başqanına, qərarı təqdim edən və ünvanına xoş sözlər söyləyən Baş nazir B.Yıldırıma təşəkkürünü bildirib. Belə bir statusun onun üçün xüsusi qürur olduğunu dilə gətirib: "Ahi Evranın, Aşık Paşanın, Neşet Ertaşın uyuduğu qədim Kırşehirin fəxri vətəndaşı olmaq mənim üçün şərəfdir. Türkiyədə, özəlliklə Kırşehirdə olmaq başqa duyğudur. Belə bir adın verilməsini mənə göstərdiyiniz etimad kimi qiymətləndirirəm və hər zaman ona layiq olmağa çalışacağam”.
Görüşdə B.Yıldırım bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə arasında əməkdaşlığın daha da genişlənəcəyini bildirib, iki qardaş ölkə arasında əlaqələrin ən yüksək səviyyədə inkişaf etdiyini deyib.
Onu bu fəxri ada layiq görənlərə bir daha təşəkkür edən, fəxri vətəndaşlığın verilməsini həyatının ən gözəl anlarından biri adlandıran Q.Paşayeva bundan sonra da Azərbaycan-Türkiyə birliyi, Türk dünyasının birliyi, bərabərliyi uğrunda əlindən gələni əsirgəməyəcəyini dilə gətirib: “Bunu sadəcə öz adıma deyil, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Türk dünyasının birliyinə, bərabərliyinə çalışan dəyərli böyüklərimizin, aydınlarımızın adına qəbul edirəm. Bizim hamımızın məqsədimiz türk millətinin birlik və bərabərliyini gücləndirmək, bu uğurda əlimizdən gələni əsirgəməmək olmalıdır”.
Millət vəkili Türkiyənin Baş naziri və onu müşayiət edən heyətlə birlikdə Ahilik Həftəsinin bağlanış mərasimində, böyük ustad Neşet Ertaşın adını daşıyan Kültür Mərkəzinin və festivalının açılış mərasimində və bir sıra digər tədbirlərdə də iştirak edib, Türkiyə Baş nazirinin müavini Bekir Bozdağ, əmək və sosial təminat naziri Jülide Sarıeroğlu və qardaş ölkənin bir sıra rəsmiləri və millət vəkilləri ilə görüşlər keçirib, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı müzakirələr aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
13 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib
19.02.2018
İsrailin müdafiə nazirinə sui-qəsd cəhdində erməni izi?
19.02.2018
Elman İmaməliyev Rusiyada prezident seçkilərini müşahidə edəcək
19.02.2018
Azərbaycanın təşəbbüsü ilə daha bir regional format yaranır
17.02.2018
“İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb“

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8435

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info