Ümumdünya Dağ Yəhudiləri Konqresinin yaradıcısı haqqında sənədli film
Tarix: 26.09.2017 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Ümumdünya Dağ Yəhudiləri Konqresinin yaradıcısı və ilk prezidenti Zaur Gilalovun xatirəsinə ithaf olunmuş sənədli film üzərində işlər artıq yekunlaşıb.

ASAN Radiodan bildirilib ki, filmdə Azərbaycanda multikulturalizmin və tolerantlığın bariz nümunələrindən biri sayılan Qubanın “Qırmızı qəsəbə”sindən, onun tarixi, insanları və onların əsrlərlə qoruyub inkişaf etdirdikləri adət-ənənələrindən bəhs olunur.

Qurşumovlar həmin qəsəbənin parlaq nəsillərindən biri sayılıb. Bu nəslin görkəmli nümayəndəsi Tahir Qurşumovun böyük oğlu Zaur Gilalov dağ yəhudilərinin dünyada tanıdılmasında müstəsna xidmətlər göstərib. Məktəb və gənclik illərinin dostları, onun atası və babasını tanıyan şəxslər Zaur Gilalovun Ümumdünya Dağ yəhudiləri konqresini yaratmaq istiqamətində gördüyü işlər, onun planları haqqında xatirələrini bölüşürlər.

Dağ yəhudiliyinə konseptual yanaşmanın banisi sayılan Zaur Gilalov 5 mart 2004-cü il tarixində qətlə yetirilib. Onun cəmi 29 yaşı var idi. Oktyabrın 1-də isə o, 30 yaşını qeyd edəcəkdi. Sənədli film “Baharda solan ömür” adlanır. Coğrafiyası Azərbaycan, Rusiya və İsraili əhatə edir.

Qeyd edək ki, bu layihənin reallaşmasında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İsrailin Yoknem şəhərinin vitse-meri Roman Peres, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qut təşkilati və mənəvi dəstək göstəriblər.

“Baharda solan ömür” filminin layihə rəhbəri və ideya müəllifi Emin Musavidir.

Layihənin informasiya tərəfdaşı ASAN Radiodur.

“Baharda solan ömür” filmini yaxın günlərdə yerli telekanallarda və “Youtube” kanalında izləmək mümkün olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
Beşinci və yeddinci siniflərə qəbul üzrə müsabiqənin vaxtı açıqlanıb
21.06.2018
Ziyalı ömrünün akkordları
21.06.2018
700 bal toplayan abituriyent: “Seçimim BANM oldu”
21.06.2018
Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı açıqlandı
21.06.2018
Nazir: “Ali məktəblərə qəbulda iki dəyişiklik nəzərdə tutulub“

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9436

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
5 Putin Paşinyanı alçaldıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info